Axar.az
Yuxarı

Əliyevin BMT-dən mesajlar: Bakı son xəbərdarlığını edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış etdi və Vətən müharibəsindən sonra qalib ölkənin lideri olaraq, beynəlxalq ictimaiyyətə mesajlarını çatdırdı: bu çıxış xüsusilə münaqişənin başa çatdığının, bölgədə yeni reallıqların yarandığının dünyaya izah edilməsi və rəsmi Bakının mövqeyinin ifadə edilməsi baxımından əhəmiyyətli idi.

Əliyev çıxışını birbaşa Qarabağa bağlı başlamadı: dünyanın ümumi bəlası olan pandemiyadan, iqlim problemindən, bərpa olunan enerjidən danışdı və bütün dünyanı maraqlandıran məsələlərin içinə incəliklə mesajını yerləşdirdi:

- bərpa olunan enerji layihələrindən birinin 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcəyini dedi;

- Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Yaşıl Enerji Zonası elan etdiyini açıqladı.

Əliyev çıxışına Qarabağdan başlasaydı diqqətin cəlb edilməsinin effekti zəif olacaqdı: dünyanı maraqlandıran və qlobal gündəmə çevrilən məsələdən bəhs edərkən, Vətən müharibəsini, Azərbaycanın ərazilərini işğaldan azad etdiyini, Qarabağı (beynəlxalq ictimaiyyətin indiyə qədər qəbul etdiyi “Dağlıq Qarabağı” deyil) və Şərqi Zəngəzuru vurğuladı. Və ardınca açıq mesajlarını sıraladı.

1. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycan tərəfindən icra edildiyini bəyan etdi: bu, “Azərbaycan özünün həll etdiyi məsələ ilə bağlı kənar müdaxilələri qəbul etməyəcək” deməkdir;

2. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı: Əliyev 7 iyul tarixli Fərmanını – Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasını dünyaya xatırlatdı; beləliklə,

- Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərin – Xankəndi, Xocalı və Xocavənd – taleyi ilə bağlı qərarın verildiyini beynəlxalq ictimaiyyətə çatdırdı: bu, Qarabağda ermənilərə “status” istəyən ölkələrə Bakının cavabıdır;

- Azərbaycan tarixi torpağı olan Zəngəzurun qərb hissəsinin Ermənistana verildiyinin sətiraltı mesajını verir: bununla Bakının Zəngəzurun qərbinə qayıdış strategiyasının (Əliyev bunu rəsmi şəkildə elan edib) dünyaya təqdim edir.

Və Əliyev dəqiq çağırış etdi: “Mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.

3. Əliyev post-münaqişə dövrünün başlandığını elan etdi və beynəlxalq ictimaiyyətə gündəliyi açıqladı: azad olunmuş ərazilərin bərpası, dəqiq mina xəritələrinin verilməsi və s;

4. Zəngəzur dəhlizi: Əliyev “Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır” deyir və bununla İrəvanın, son dövrlər Moskvanın da “kommunikasiya” adlandırdığı nəqliyyat xəttinin Zəngəzur dəhlizi olduğunu beynəlxalq ictimaiyyətə açıqlayır; bu, Naxçıvanı Azərbaycanla birləşdirəcək nəqliyyat xəttinin beynəlxalq aləmdə Zəngəzur dəhlizi olaraq təsbit edilməsi, qəbul edilməsi baxımından vacib mesajdır;

5. Sülh müqaviləsi: münaqişənin başa çatdığının BMT tribunasından elan edən İlham Əliyev bundan sonra həll edilməli məsələləri elan edir - sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi;

Və Prezident Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqların hər kəs tərəfindən qəbul edilməli olduğunu bəyan etdi.

6. Yeni addımların anonsu: Prezidentin çıxışında səsləndirdiyi “Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik” sözləri ən vacib məqamlardandır. Və proseslərin inkişafına dair müəyyən ehtimalları önə çıxarır:

- İlham Əliyev 23 sentyabr 2020-ci il tarixində BMT Baş Assambleyasındakı çıxışında Ermənistanın təxribatlar törətdiyini, mülki əhaliyə hücumlar etdiyini və bunun cavabsız qalmamalı olduğunu bildirmişdi: 4 gün sonra böyük müharibə başladı;

- Vətən müharibəsinin ildönümünə yenə 4 gün qalmış Əliyev “suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə təhdidə qarşı özünümüdafiə hüququndan istifadə etməkdə tərəddüd etməyəcəyimizi” yenə BMT tribunasından bəyan edir: bu, Qarabağla bağlı mesajlarının məntiqi davamıdır və Azərbaycanın öz sərhədləri daxilində suverenliyinə qarşı təhdidləri aradan qaldırmaq üçün atacağı addımların dünyaya anons edilməsidir.

Tarix
2021.09.24 / 16:04
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Bakı hərbi əməliyyata başlaya bilər? – Ermənilər qorxuda

Əliyevlə Lukaşenkonun dostluğu... - Sergeyenko

Mənim üçün ən böyük mükafat budur - Prezident

Prezident bəyan etdi: Qubadlının baş planı hazırlanır

Şəhidlərimizin adı küçələrə, məktəblərə veriləcək

Səfər Mehdiyev Şröder ilə görüşdü

Prezidentdən Həmidovun atasına: Veto qoyacağam ona!

Qubadlıdakı hərbi hissəyə “Harop” və “Quzğun”lar verildi

Bununla bağlı hökumətə tapşırıq verildi - Prezident

Bizi hələ döyüşməyə məcbur edirlər - Prezident

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla