Yuxarı

Ərəb ölkələri üzrə azərbaycanlıların yeni şurası yaradıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərəb ölkələri üzrə azərbaycanlıların yeni şurası yaradıldı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində müxtəlif ərəb ölkələrində fəaliyyət göstərən azərbaycanlı icması ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, tədbiri komitə sədri Fuad Muradov açaraq Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq təmsil etdiyi qurumun əməkdaşlarının mütəmadi olaraq xarici ölkələrdə yaşayan azərbaycanlılarla görüşlər keçirdiyini vurğulayıb və soydaşlarımızı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə və elektron resurslarına həsr edilmiş videoçarxlar nümayiş olunub.

Daha sonra Dubay şəhərində Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib.

Toplantıda ərəb ölkələrində yaşayan və işləyən nüfuzlu diaspor nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər. Çıxış edənlər diasporun təşkilatlanmasının əhəmiyyəti və bu sahədəki problemlərdən, ölkəmizlə bağlı məlumatların dünya mediasında işıqlandırılmasının vacibliyindən söz açıb, Qarabağda qazandığımız Qələbənin hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaratdığını bildiriblər.

Müzakirələrin nəticəsi olaraq Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi barədə qərar qəbul olunub. Şuranın yol xəritəsi hazırlanıb, gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, soydaşlarımızın təklifləri dinlənilib. Koordinasiya Şurasının Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Misir, Qətər, Oman və Səudiyyə Ərəbistanı üzrə əlaqələndiriciləri seçilib.

Qeyd edək ki, hazırda 33 ölkəni əhatə edən 14 Koordinasiya Şurası fəaliyyət göstərir.

Tarix
2021.10.20 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

"İçərişəhər"dəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla