Yuxarı

Şarl Mişelə Qarabağdakı bərpa işlərindən danışıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şarl Mişelə Qarabağdakı bərpa işlərindən danışıldı

Azərbaycan Respublikasının Avropa İttifaqı (Aİ) yanında nümayəndəliyinin rəhbəri səfir Vaqif Sadıqov etimadnaməsini Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə təqdim edib.

Axar.az xəbər verir ki, söhbət zamanı Şarl Mişel səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona Azərbaycan və Aİ arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətindəki gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Vaqif Sadıqov Şarl Mişelə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb. O, Avropa İttifaqı Şurasının Prezidentinin ötən ilin iyulunda Azərbaycana səfərinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regional məsələlər üzrə dialoqun gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Görüşdə Şərq Tərəfdaşlığının 2020-ci ildən sonrakı prioritetləri, İqtisadi və Sərmayə Planının icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Səfir qarşıdan gələn Şərq Tərəfdaşlığı sammitindən Azərbaycanın gözləntiləri barədə Aİ Şurasının Prezidentinə məlumat verib.

Səfir Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində Aİ ilə uğurlu əməkdaşlığı və Azərbaycandan təbii qazın daha geniş Avropa coğrafiyasına çatdırılması potensialını vurğulayıb.

Vaqif Sadıqov Prezident Şarl Mişelə regionda müharibə sonrası hadisələr, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə məlumat verib. Səfir Aİ-nin regionda sülh quruculuğu səylərini dəstəkləmək istəyini alqışlayıb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel onun səmimi salamlarını, xoş arzularını və minnətdarlığını Prezident İlham Əliyevə çatdırmağı səfirdən xahiş edib. Şarl Mişel Prezident İlham Əliyevin qarşıdan gələn Şərq Tərəfdaşlığı sammitində iştirakına ümidvar olduğunu bildirib.

Tarix
2021.10.27 / 23:48
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan anlamalıdır ki, onun sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla