Yuxarı

Bakının atəşkəsə imza atmasının 3 vacib səbəbi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Azərbaycan Ordusu artıq Şuşanı azad etmiş və Xankəndinin ətrafına daxil olmuşdu. Ordumuzun Xankəndini tezliklə azad edəcəyi sirr deyildi və bundan sonra əsgərlərimiz irəliləyərək, Xocalını, cənub tərəfdən də Xocavəndi düşməndən təmizləyəcəkdi. Bunun nəticəsində Ağdərə istiqamətində 20-25 min erməni əsgəri mühasirəyə düşəcəkdi.

Bu sözləri Axar.az-a Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 44 gün davam edən müharibənin dayandırılması barədə imzaladığı birgə bəyanatın ildönümü barədə danışan politoloq Turab Rzayev deyib.

O bildirib ki, Ağdərə istiqamətində mühasirəyə alınan erməni ordusu məhv ediləcəkdi:

“Bunu anlayan Ermənistan rəhbəri təcili olaraq Rusiyadan Azərbaycanla danışıqlar apararaq, kapitulyasiyanı imzalamağa hazır olduğunu bildirdi”.

Politoloqun sözlərinə görə, Azərbaycanın bu bəyanatı imzalamasının öz səbəbləri vardı:

“Birincisi odur ki, Xankəndi şəhərində bir neçə min erməni əhalisi qalmışdı. Ermənilər orada qəsdən mülki əhalinin həlak olmasına çalışacaqdılar. Bu isə dünyada böyük səs-küyə səbəb olacaq, “etnik təmizləmə” adı altında Qərb ölkələri Azərbaycana təzyiq göstərəcəkdi, hətta Kosova ssenarisinin təkrarlanması ilə bağlı Azərbaycana qarşı hədələr vardı.

İkincisi məsələ ondan ibarətdir ki, artıq havalar soyuyurdu, Azərbaycan Ordusunun xüsusi ilə dağlıq ərazilərdə əməliyyat aparması çətinləşirdi.

Üçüncü məsələ isə odur ki, Azərbaycan Ordusu Laçın və Kəlbəcər rayonlarının azad edilməsində itki verə bilərdi. Çünki həmin rayonlar Ermənistanla sərhəd olduğuna görə düşmən ölkədən daim dəstək alacaqdılar. Bütün bunları nəzərə alaraq, Azərbaycan Kəlbəcər, Laçın və Ağdamın Azərbaycana qansız qaytarılması qarşılığında, eyni zamanda Zəngəzur dəhlizinə görə bu sülh bəyanatının imzalanmasını vacib bildi. Azərbaycanın üçtərəfli bəyanatla müharibə ilə əldə edəcəklərini diplomatiyada həyata keçirmək üçün imkan qazandı. Məcburi köçkünlərin geri qayıtması tələbi, erməni ordusunun Azərbaycan ərazisindən tam çıxarılması və s. şərtlərini diktə etdi. Əlbəttə, müharibə ilə bu prosesi daha qısa müddətdə və kökündən həll edə bilərdi. Ancaq bir qədər uzunmüddətli prosesə getməklə əvəzində Ordumuzun itkisinin qarşısını aldı, Qərbin mümkün təzyiqlərini neytrallaşdırdı və qələbəni tanıtmaq üçün daha güclü rıçaqlar əldə etdi”.

Tarix
2021.11.11 / 11:34
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla