Sabiq dövlət katibi Hillari Klintonun mediaya sızan
e-poçtları dünya mətbuatında əsas müzakirə predmetinə
çevrilib.
Axar.az xəbər verir ki, məhkəmənin qərarı ilə ictimaiyyətə
açıqlanan bu e-poçtlar arasında Türkiyə ilə bağlı bir sıra qaranlıq
məqamlar üzə çıxıb. Xanım Klintonun elektron məktublarında
Türkiyədəki azlıqlara qarşı baş verən şiddəti yaxından izlədiyi,
Prezident İlham Əliyevə "Türkiyə-Ermənistan barışığını reysdən
çıxarmamaq" xahişi etdiyi aşkar olunub.
ABŞ Dövlət Departamentliyi Klintonun etibarsız e-poçt xidməti
istifadə etdiyi üçün xalqa açıqlanmasına qərar verilən və
ümumilikdə səhifə sayı 2 min 200-dən artıq, daha əvvəl nəşr
olunmamış e-poçtlarını ictimaiyyətlə paylaşıb.
Klintonun xüsusi elektron poçt hesabındaki 2 min 206 səhifəlik
1300-dən çox yazışması nazirlik tərəfindən ictimaiyyətə
açıqlandığında Türkiyə ilə əlaqədar bəzi yazışmalar da ortaya
çıxmış olub.
Təhlükəsizlik səbəbindən 37 yazışmada 64 bölüm gizlədilib.
Klintonun paylaşılan son yazışmalarının arasında Türkiyədəki
dini azlıqlara bağlı 2001-2009-ci illər arasındakı xəbərləri əhatə
edən bir sənəd var. Təxminən 30 səhifəlik bu sənəddə italyan rahib
Andrea Santoronun Trabzonda öldürülməsi, Malatyada "Zirvə"
nəşriyyat evində 1-i alman olmaqla 3 nəfərin öldürülməsi və Kipr
patriarxı Bartolomeosa qarşı etirazların yaradılması aşkar
olunub.
Bundan əvvəl nəşr olunan e-poçt qrupunda olduğu kimi, Türkiyə
ilə Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar 2009-cu
ilin oktyabrında imzalanan protokollardan öncə Klintonun bəzi
yazışmaları da üzə çıxıb.
Bu yazışmalarda qeyd olunur ki, Klintonun köməkçisi Huma Abidi
Ermənistan-Türkiyə barışını reysdən çıxarmaması üçün Hillari ilə
Azərbaycan lideri İlham Əliyev arasında bir telefon danışığı təşkil
edib.