Yuxarı

BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi

6 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed ən-Nəhyan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə Axar.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş dron hücumları və cari təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Abdullah bin Zayed ən-Nəhyan mülki əhalinin və mülki infrastrukturun hədəf alınmasını qətiyyətlə pislədiyini və bu kimi addımların qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Nazirlər Yaxın Şərqdə gərginliyin artmasından narahatlığını ifadə edib, vəziyyətin daha da eskalasiyasının qarşısının alınmasının vacibliyini qeyd ediblər.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.

Tarix
2026.03.07 / 01:04
Müəllif
Axar.az
Digər xəbərlər

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla