Yuxarı

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Hörmətli cənab Prezident.

Martın 5-də Naxçıvana dron hücumu ilə bağlı xəbəri böyük narahatlıqla qarşıladım. Bu hücum zamanı hava limanı da daxil olmaqla, mülki obyektlərə zərbələr endirilib, dronlar məktəbin yaxınlığında yerə düşüb və bir neçə nəfər yaralanıb.

Bu hücum beynəlxalq hüququn kobud şəkildə pozulması və qəbuledilməz zorakılığın artması deməkdir. Sizin haqlı olaraq terror hücumu kimi qiymətləndirdiyiniz bu akt bütün regionun sabitliyinə və təhlükəsizliyinə ciddi təhdid yaradır.

Bu hücumu Çex Respublikası Hökuməti adından qəti şəkildə pislədiyimizi bildirmək istərdim. Biz Azərbaycanla həmrəy olduğumuzu bildirir, onun vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, eləcə də regionda sülhün və sabitliyin qorunması istiqamətində bütün səyləri dəstəkləyirik.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”, - məktubda qeyd olunub.

Tarix
2026.03.06 / 21:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla