Yuxarı

Soçidə hansı razılaşmalar ola bilər? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soçidə hansı razılaşmalar ola bilər? - Ekspert

Sərhədin delimitasiya və demarkasiyası üçün işçi qrupunun yaradılması barədə Soçidə imzalanması gözlənilən sənəddə prosesin tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması ilə yekunlaşacağını əks etdirən bəndin də olması mümkündür.

Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy 26 noyabrda Soçidə keçirilməsi gözlənilən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü haqda danışarkən deyib.

O bildirib ki, sənəddə Azərbaycanın Eyvazlı, Çayzəminli və Gorus-Qafan yolu üzərindəki gömrük postlarından keçmək üçün Ermənistan vətəndaşlarına müvəqqəti olaraq müəyyən güzəştlərin də öz əksini tapa biləcəyini düşünür:

“Kommunikasiyaların açılması ilə bağlı isə Qazax-İncivan və Ermənistan-Azərbaycan-İran yolunun açılması və Zəngəzur dəhlizi barədə bəzi irəliləyişlərin olması mümkündür.

Soçidəki görüşlə bağlı digər bir ehtimal Azərbaycan və Ermənistan arasında gələcəkdə imzalanacaq sülh müqaviləsi ilə bağlı müəyyən mesajların verilməsidir”.

N.Cəfərsoy tərəflər arasında əsir-mina xəritəsi mübadiləsi haqqında razılaşma əldə oluna biləcəyini də istisna etməyib.

Tarix
2021.11.24 / 11:17
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla