Yuxarı

Azərbaycanda yeni futbol klubu yaradıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yeni futbol klubu yaradıldı

"Gəncəbasar" Futbol Klubunun ictimaiyyət üçün təqdimatı keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə AFFA, Peşəkar Futbol Liqası, Futbolun İnkişaf Fondu, Gənclər və İdman Nazirliyi, klubların rəsmi şəxsləri, veteran futbolçular, iş adamları, həmçinin media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Həşim Mövsümzadənin klub prezidenti olması açıqlanıb. O, uzunmüddətli və dayanıqlı klub modeli qurmağa fokuslandıqlarını bildirib.

Klub rəhbəri "Gəncəbasar"ın strateji inkişaf planlarından danışıb, müəyyənləşdirilən hədəflər, infrastruktur və digər layihələr barədə ictimaiyyətə məlumat verib. Bildirilib ki, əsas məqsəd Gəncədə, bölgədə, bütövlükdə ölkədə futbolun inkişafına dəstək verməkdir.

Ardınca komandanın baş məşqçisi Elhad Nəziri ictimaiyyətə təqdim olunub.

Daha sonra çıxış edən Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov və Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev "Gəncəbasar"a fəaliyyətində uğurlar arzulayıblar.

Klubun icraçı direktoru İlqar Nadiri bildirib ki, Azərbaycan I Liqasında çıxış edəcək komanda ev oyunlarını Gəncə stadionunda keçirəcək.

Sonda "Gəncəbasar"ın yeni maskotu da ictimaiyyətə təqdim olunub. Klubun maskotu canavar obrazında hazırlanıb.

Tarix
2026.08.21 / 16:54
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla