Yuxarı

Bu, 1991-də olmayıb, Paşinyan yalan dedi - Zahid Oruc

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Paşinyanın keçirdiyi mətbuat konfransı öz-özlüyündə 26 noyabr görüşü öncəsi Ermənistanda ictimai fikir formalaşdırmaq, digər tərəfdən isə informasiya məkanında müəyyən məsələlərdə öncül movqe əldə etmək niyyəti güdürdü.

Bu sözləri Axar.az-a millət vəkili Zahid Oruc 26 noyabrda Soçidə keçirilməsi gözlənilən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü haqda danışarkən deyib.

“Paşinyan 9 noyabr tarixində təyin olunmuş görüşün təxirə salınmasından sonrakı 13 gün ərzində Ermənistanın rəhbər şəxslərində, onun siyasi elitasında baş verən müəyyən dəyişiklikləri qiymətləndirməyə çalışdı. Vətən Müharibəsinin 1-ci ildönümündən sonrakı zaman kəsiyində Ermənistanda müdafiə naziri dəyişdi, Paşinyan daha açıq mətnlə İrəvanın sülh müqaviləsi imzalamasına hazırlığını mediaya yaydı. Digər tərəfdən, 16 noyabrda sərhəddə baş verən hərbi toqquşmalar ötən 1 ildən sonra ən böyük toqquşma kimi qiymətləndirildi. Bu, öz-özlüyündə həm Rusiyanın, həm beynəlxalq dairələrin reaksiyalarını doğurdu və sübut etdi ki, məsələ qətiyyən lokal olaraq Qarabağla bağlı deyil. Artıq bu mərhələ bitib, Qarabağ münaqişəsi arxada qalıb, amma Ermənistanla Azərbaycan arasındakı gərginlik davam edir”.

Millət vəkili qeyd edib ki, Paşinyanın dünənki müsahibəsində bir neçə məqam var:

“Vurğulandı ki, 26 noyabrda hər hansı bir sənəd imzalanmayacaq, lakin komissiya formalaşdırılması mümkündür. Digər tərəfdən, bu mərhələdə Brüssel görüşü barədə məlumatlar yayıldı. Real mənzərə isə Paşinyanın çevrəsinin sanki Qərb meydanına daha çox özünü meyilli göstərməsi idi. Bu istiqamətdə onların informasiya məkanında geniş təbliğat gedir. Müharibədən sonra Ermənistandakı problemlərin üzərinə ağır iqtisadi problemləri də gəlsək, Paşinyanın 2,6 milyard avronun qazanılması üçün Qərbə doğru özünün ənənəvi manevrlərini etdiyinin səbəbini anlamaq olar. Amma dünənki açıqlamalarda ölkəmizin əleyhinə yenidən 2 mühüm tezisi qabartmağa çalışdı. Birincisi, guya Azərbaycanın Ermənistana ərazi iddiası var və buna görə də bölgə cəngəlliyə çevrilə bilər. İkincisi, əgər Azərbaycan özünü qalib dövlət kimi aparıb “harada istəsəm, orada dayanaram” deyərsə, bu, beynəlxalq sülhün və təhlükəsizliyin ziddinə olar. Niderlandda, Lüksenburqda və bir sıra Qərb dövlətlərində də eyni tezis üzərindən parlamentlərdə qərarlar verilməkdədir. Paşinyanın iki tezisi əleyhimizə yönəltmək istəməsi o deməkdir ki, bu istiqamətdə sistemli işlər aparılır. Halbuki regionu uzun onillər cəngəlliyə çevirməyə çalışan, 7 rayonun bütün mirasını Yer üzündən silən məhz Ermənistan olub”.

Z.Oruc bildirib ki, Azərbaycana iddianı məhz Ermənistan edir:

“Sərhəd məsələsinin bu vəziyyətə gəlib çatması da işğalın nəticəsidir. 30 il ərzində biz hər cür məhrumiyyətləri yaşamışıq. Amma bu işğalın meydana gətirdiyi unikal reallıq ondan ibarətdir ki, gerçəkdən də ortada hətta Qarabağdan kənar ərazilərdə də tam tanınma mövcud deyil. Çünki iki tərəf bir-birini beynəlxalq hüquq subyekti kimi qəbul etməyib”.

Millət vəkilinin sözlərinə görə, Paşinyanın daha iki mövqeyi vardı:

“Bunun üzərində dayanmağa dəyər. Birincisi, o vurğulayır: artıq Ermənistan müdafiə nazirinə tapşırıq verib ki, Sovetlər Birliyi dağılandan sonra ilk dəfə müdafiə nazirləri arasında birbaşa kontaktlar olsun. Halbuki bu, birinci hadisə deyil – sadəcə, biz bundan Paşinyana qarşı istifadə etməyəcəyik, daxili müxalifəti isə istifadə edə bilər. Reallıq isə başqadır. Ermənistan fərqindədir ki, xarici dairələrə sərhədin istənilən nöqtəsində dayanmaları ilə bağlı müraciət etmək mümkün deyil. Belə olan təqdirdə, məcburdur ki, öz nazirlərini Azərbaycanla birbaşa kontakta keçməyə məcbur etsin”.

Z.Orucun sözlərinə görə, Paşinyanın Azərbaycan və Ermənistan MDB çərçivəsində 1991-ci ildə qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıması ilə bağlı fikri də yanlışdır:

“Bu, 1991-ci ildə deyildi. Paşinyan yanlış söyləyib. Çünki həmin zaman MDB formalaşmamışdı. Azərbaycanın üzvlüyü məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra reallaşdı. Bu isə 1993-cü ilin sonuna doğru baş vermişdi. Əlbəttə, MDB-nin üzvlük hadisəsi bu idi ki, dövlətlər müəyyən baza prinsiplərini qəbul ediblər. Bu, əslində dövlətlərin bir-birini tanımasını əvəz edən hadisə deyil. Hanısısa bir beynəlxalq, regional birliyə üzv olursansa, orada götürdüyün müəyyən öhdəliklər var. Avtomatik ikitərəfli qaydada bunu sazişlər, qərarlarla tanımamısansa, Paşinyanın bunu deməyinə heç bir əsas yoxdur”.

Z.Oruc bildirib ki, bu məsələ erməni ictimaiyyətində və mediasında Paşinyan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırlaşmasını həzm etdirmək üçün yayılıb:

“Bu, Qarabağla birgə Azərbaycanın vahidliyinin qəbul edilməsi deməkdir. Onlar Azərbaycan ərazilərini işğalda saxlaya bilmədilər. İndi isə bütövlükdə Ermənistanı itirmə qorxusu ilə hərəkət edib, belə addım atacaqlar. Müəyyən milliyyətçi dairələr sayca azlıq təşkil edirlər. Əminik ki, onlar hakimiyyəti devirmək üçün müəyyən xarici qüvvələrin şəbəkələrindən dəstəklənirlər. Hazırda metrostansiyalarda aksiyaların keçirilməsi də bunu sübut edir. Görünən mənzərə odur ki, erməni xalqının mütləq əksəriyyəti Azərbaycanla sülh müqaviləsinin tərəfdarıdır. Hətta onu öz varlığının və siyasi mövcudluğunun əsas şərti kimi görür. Bu səbəbdən Soçidəki görüşü Brüsselə qarşı qoymadan, Avropada aparılacaq danışıqları Moskvanın moderatorluğu ilə keçirilən tədbirin əleyhinə yönəltmədən deməliyik ki, 10 noyabr və 11 yanvar görüşlərindən sonra bu, mühüm hadisədir. Azərbaycanın hərbi qələbəsini diplomatik meydanda davam etdirməsi onu uğurlu sonluğa aparır. Cənab Prezidentin Soçiyə gedişi ərəfəsində 16 noyabr hadisələri, ötən 1 ildəki qələbəmizin beynəlxalq aləmdə doğurduğu reaksiyalar ölkəmizin mövqeyinin yetərincə güclü olduğunu deməyə əsas verir”.

Tarix
2021.11.24 / 16:34
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla