Yuxarı

Fransanın Suriyada şok əməllərini ifşa edən film - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“TRT World” Fransa xüsusi xidmət orqanlarının İŞİD və PKK ilə gizli əlaqələrini ifşa edən film hazırlayıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, sənədli filmdə təkzibedilməz faktlarla, yarım milyona yaxın sənəd üzərində 2 il boyu aparılan dərin araşdırma nəticəsində üzə çıxarılır ki, Fransanın nəhəng “Lafarge” sement şirkəti Fransa kəşfiyyatının İŞİD və digər terror təşkilatlarını maliyyələşdirməkdə əsas aləti və örtüyü olub.

“Lafarge” 2010-cu ildə Suriya bazarına daxil olub, Türkiyə və Suriyanı İraqla birləşdirən nəqliyyat yolunun üzərində zavod inşa edib, hərbi əməliyyatlar səbəbindən Suriyadan bütün şirkətlər qaçdığı halda, Fransanın təkidi ilə şirkət Suriyada qalmağa məcbur edilib və qaçırılan işçilərini geri almaq və fəaliyyətini təhlükəsiz davam etdirə bilmək üçün İŞİD, PKK terror təşkilatlarını maliyyələşdirib.

Fransada aparılan təhqiqata görə, şirkət vasitəsilə terror təşkilatlarına 16 milyon dollara yaxın maliyyə ötürülməsinə dair sübutlar tapılıb, lakin TRT-nin araşdırması bu rəqəmin daha yüksək olduğunu və bundan Fransa rəhbərliyinin xəbərdar olmasını üzə çıxarır.

Bütün bunlar Fransanın indiki prezidenti Emmanuel Makronun həmin dövrdə Fransanın xaricdəki sərmayələrinə məsul olan iqtisadiyyat naziri olduğu dövrdə baş verib.

Azərbaycan ictimaiyyəti bu sənədli filmdə əksini tapan məqamları təəccüblə qarşılamır. Çünki Vətən müharibəsi dövründə Fransanın Azərbaycanın yaşayış məntəqələrini, dinc insanları atəşə tutan, terror aktları törədən Ermənistanı açıq şəkildə himayə etməsi, ona humanitar yardım adı altında təyyarələrlə silah-sursat daşıması, terrorçuluğu maliyyələşdirməsi ortada idi.

Fransanın Vətən müharibəsi dövründə suriyalı döyüşçüləri, terrorçu dəstələri Azərbaycana qarşı istifadə etməsinə dair də geniş informasiyalar vardır.

TRT-nin faktlar əsasında ekrana çıxardığı sənədli film Fransa rəhbərliyində təmsil olunan şəxslərin beynəxalq terrorçuluğa dəstək verməklə bəşəri dəyərlərə xəyanətinin növbəti sübutudur.

Tarix
2021.11.25 / 00:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla