Yuxarı

Qəzaya uğrayan helikopter 24 nəfərlik olub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzaya uğrayan helikopter 24 nəfərlik olub

Qəzaya uğrayan Mİ-17 model helikoptlər kifayət qədər etibarlı vasitələrdir. Bu helikopetərlər Vətən müharibəsində özlərini sübut ediblər.

Axar.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev Trend-ə açıqlamasında bildirib.

"Bu qəzalar elədir ki, bundan heç kim sığortalanmayıb. Burda müxtəlif təsiredici amillər ola bilər. Qəzaya səbəb texnikanın nasazlığı, insan faktoru ola bilər. İstənilən halda isə rəsmi açıqlamanı gözləmək vacibdir", - Verdiyev söyləyib.

Ekspert bildirib ki, sosial şəbəkələrdə doğru olmayan məlumatların yazılması, paylaşılması düzgün deyil. Helikopterin qara qutusu tapılıb.

"Yaxşı olar ki, araşdırmaların nəticəsini gözləyək. Sağ qalan pilotların ifadəsi alınıb, qara qutu oxunduqdan sonra hadisənin əsl səbəbləri üzə çıxacaq. Təbi ki, günahı olan varsa, cəzalanacaq", - deyə ekspert qeyd edib.

Ə.Verdiyev vurğulayıb ki, helikopter 24 nəfəri daşıya bilir, orda da cəmi 16 nəfər olub, burada normativlərin aşılmasına yol verilməyib. Bu helikopter 24 nəfərlik oturaq yerinə malikdir, bu helikopterlə 4 tondan çox yük daşımaq mümkündür.

"Görüntülərə fikir versək, helikopterin vurulma ehtimalı da mümkün deyil, çünki helikoter yanıb yerə düşməyib. Əgər səmada vurulmuş olsaydı, paraçalar daha geniş əraziyə dağılacaqdı.

Qonşu ölkələrdə də bu tipli qəzalar baş verib, İranda, Rusiyada bu tipli qəzalar olub. Azərbaycanda ilk dəfədir ki, təlimlərdə belə bir qəza baş verir", - deyə ekspert vurğulayıb.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Hazırda hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən istintaq aparılır. Helikopterin qara qutusu tapılıb, hadisə şahidlərinin ifadəsi alınıb.

Tarix
2021.11.30 / 23:46
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflis Bakıya yox deməyib, ancaq elə qiymət təyin edib ki...

Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino

Moskva ilə məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...

Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?

Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye

İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...

Polis gücləndirilmiş iş rejiminə keçdi - Video

Konqresə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu

Sabah 8 min abonentin qazı kəsiləcək

Hikmət Hacıyev Mixail Qaluzinlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla