Yuxarı

Qarabağda “rus icması”? - Gəncəliyev yenə susdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda “rus icması”? - Gəncəliyev yenə susdu

Qarabağın rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində “rus icması”nın yaradılmasına təşəbbüs göstərildiyi haqda məlumat yayılıb.

Axar.az xəbər verir ki, erməni mediasının bir müddət öncə tirajladığı bu məlumat hələlik, rəsmi olaraq təsdiqlənməyib.

2020-ci il 14 noyabrından başlayaraq, rus sülhməramlıları Xankəndi və ətrafına 52,7 min ermənini daşıyıb gətirib. Ermənilərin həmin ərazilərdə yaşamasını təmin etmək üçün Rusiya ərazilərin minadan təmizlənməsini, fərdi yaşayış yerləri və obyektlərin tikinti-təmirini, məktəblərin zəruri avadanlıqlarla təchizini həyata keçirməklə yanaşı, hər həftə bir şəxsə 5 kq pulsuz ərzaq yardımı da edir, eyni zamanda külli miqdarda humanitar yardımlar verilir.

Paralel olaraq Qarabağda məskunlaşdırılan ermənilərin aylıq bütün kommunal xərclərini Ermənistan hökuməti qarşılayır, onlara aylıq müavinət verilir. 2021-ci ildə Ermənistan dövlət büdcəsindən Qarabağdakı ermənilərə 244 milyon dollar ayrılıb, 2022-ci ildə isə bu ayırmalar 288 milyon dollara qaldırılıb. Müqayisə üçün bildirək ki, bu, Naxçıvan Muxtar Respublikasının illik büdcəsinə bərabərdir. Halbuki Naxçıvanda 350 mindən çox insan yaşayır.

Buna baxmayaraq, Qarabağa köçürülüb gətirilən ermənilər ərazidə yaşamaq istəmirlər. Çünki bu torpaqların artıq Azərbaycanın olduğuna ermənilər də heç bir şübhə etmir və perspektivsiz, dalana dirənmiş puç iddiaları səbəbindən cəhənnəmə çevrilmiş həyatlarını xilas etmək üçün Rusiyaya üz tuturlar.

Qarabağda rus sülhməramlılarının himayəsinə sığınaraq fəaliyyət göstərməyə davam edən erməni separatçı tör-töküntülərinin lideri Araik Arutyunyan da sentyabr ayında cəmi 30 minə qədər erməni qaldığını “təəssüflə” bildirmişdi. Azərbaycan hüquq-mühafizə orqanlarından əldə edilən məlumatda isə əslində bu rəqəmin 20 mindən də az olduğu bildirilir.

Beləliklə, hətta 30 min civarında olduğunu qəbul etsək belə, bu ermənilərin içində icma yaradacaq səviyyədə rusların yaşadığını düşünmək çətin məsələdir. Ermənilərin bu qədər dotasiya və yardımlardan sonra belə yaşamaq istəmədiyi bir yerdə nə qədər rus var ki, onların “bir icmada birləşdirilməsi” prosesi də getsin? Ümumiyyətlə, nəzərə alsaq ki. Rusiyada demoqrafik vəziyyət həddən artıq acınacaqlıdır və bu ölkənin əhalisi sürətlə azalır, onda Qarabağa rus millətindən olan şəxslərin köçürülməsi siyasəti də mümkünsüzdür.

Bəs, bu informasiyaların yayılmasının səbəbi nədir və rus icmasının yaradılması nə dərəcədə həqiqətdir? Bunun hədəfi nədir?

Bu istiqamətdə sualları Xankəndi şəhərindən seçilən və özünü həm də “ermənilərin deputatı” olduğuna inandıran Tural Gəncəliyev cavablandırmaqdan imtina edib. Zəruri olaraq xatırladaq ki, əgər “rus icması” adlı nəsə yaradılırsa, onların da parlamentdəki təmsilçisi T.Gəncəliyevdir və ümumiyyətlə, Xankəndi və ətrafında rus millətindən olan şəxslərin yaşayıb-yaşamadığını deputatımızın bilməsi zərurətdir.

T.Gəncəliyevin ofisindən isə bildiriblər ki, bu sualımızı Xarici İşlər Nazirliyinə verməyimiz lazımdır.

Azərbaycanda deputatlar, ictimai şəxslər heç bir məsuliyyət bölüşmür, fərdi fikir ifadə etmir, yalnız tapşırıq gözləyirlər və təəssüf ki, bu cür “sürü yanaşması” nəticə etibarilə bütün məsuliyyəti dövlətin üzərinə yükləyir. Bu isə olduqca təhlükəli siyasi vəziyyətin yaranması deməkdir.

Əgər bir deputat təmsil etdiyi ərazi barədə normal araşdırma aparıb, fikrini sərbəst ifadə edə bilmirsə, onun dövlətə yüksək səviyyədə xidmət etdiyini düşünmək çətindir.

Tarix
2021.12.10 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla