18:43
Prezident İlham Əliyev Azərbaycan və Çin Hökuməti
arasında Azərbaycanın Çindəki Səfirliyinin binasının inşası üçün
torpaq sahəsindən istifadə haqqında Sazişə Əlavə Protokolun təsdiq
edilməsi barədə sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası
Hökuməti arasında Azərbaycan Respublikasının Çindəki Səfirliyinin
binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında Sazişə
2015-ci il fevralın 16-da Pekin şəhərində imzalanmış Əlavə Protokol
təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu
Sərəncamın 1-ci hissəsində göstərilən Əlavə Protokolun
müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əlavə
Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası
Hökumətinə bildiriş göndərsin.
18:50
Prezident İlham Əliyev
Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə
Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası
tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, 2015-ci il martın 2-də Bakı şəhərində
imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4
may tarixli 1205 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət
əməkdaşlığı haqqında Anlaşma Memorandumu"nun icrasını təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi
əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat və
sənaye naziri
Komissiyanın üzvləri:
Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm
nazirinin birinci müavini
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini
Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin
müavini
Gülməmməd Cavadov - Azərbaycan Respublikası energetika nazirinin
müavini
Elmir Vəlizadə - Azərbaycan Respublikası rabitə və yüksək
texnologiyalar nazirinin müavini
Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii
sərvətlər nazirinin müavini
Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı
nazirinin müavini
Ceyhun Bayramov - Azərbaycan Respublikası təhsil nazirinin
müavini
Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin
müavini
İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman
nazirinin müavini
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
sədrinin birinci müavini
Xəqani Abdullayev - Azərbaycan Respublikası Mərkəzi Bankının
sədrinin müavini
Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
vitse-prezidenti
Tahir Tağızadə - Azərbaycan Respublikasının Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli
səfiri
Namiq Xəlilov - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu
Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan
Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə
Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası
tərəfindən tərkibi barədə Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığı tərəfinə müvafiq bildiriş göndərsin.
***
Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Koreya
Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq
edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, 2012-ci il avqustun 28-də Bakı
şəhərində imzalanmış və Azərbaycan Respublikasının 2012-ci il 21
dekabr tarixli 513-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti
arasında iqtisadi əməkdaşlıq haqqında Saziş"in yerinə yetirilməsinə
yardım etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası
Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın
Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq
edilsin:
Komissiyanın həmsədri
İltimas Məmmədov - Azərbaycan Respublikasının rabitə və yüksək
texnologiyalar nazirinin birinci müavini
Komissiyanın üzvləri:
Sahib Məmmədov - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye
nazirinin müavini
Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin
müavini
Ragim Lətifov - Azərbaycan Respublikası fövqəladə hallar
nazirinin müavini
Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı
nazirinin müavini
Firdovsi Əliyev - Azərbaycan Respublikası ekologiya və təbii
sərvətlər nazirinin müavini
Arif Əsgərov - Azərbaycan Respublikası nəqliyyat nazirinin
müavini
Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin
müavini
Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm
nazirinin müavini
İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti
Rəmzi Teymurov - Azərbaycan Respublikasının Koreya
Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Xəzər Fərhadov - Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin Birinci Asiya İdarəsinin rəisi.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu
Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası
Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi
əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası
tərəfindən tərkibi barədə Koreya Respublikası tərəfinə müvafiq
bildiriş göndərsin.
19:15
Prezident İlham Əliyev sərəncamla yanaşı, bir sıra
fərmanlar da imzalayıb:
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il
29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
***
"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında
***
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral
tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə"də dəyişiklik
edilməsi barədə
***
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral
tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq
sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması
və aparılması qaydası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi
barədə
19:42
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il
29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
***
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Azərbaycan
Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılması ilə əlaqədar
Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və
sərəncamlarında dəyişikliklər edilməsi haqqında
***
"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi
haqqında