Yuxarı

“Səhər” hamımızın qürur yeridir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Səhər” hamımızın qürur yeridir”

Teletənqidçi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Az TV-də yayımlanan "Səhər" proqramının efirə çıxmasının 20 illik yubileyi münasibətilə təbrik məktubu yayıb.

Qulu Məhərrəmlinin Axar.az-a göndərdiyi həmin təbrik məktubunu təqdim edirik:

"Bu gün Azərbaycan televiziyasının (AzTV) baxımlı verilişlərindən olan "Səhər" proqramının ilk buraxılışının efirə çıxmasının 20 ili tamam olur. Televiziya həyatımın bir parçası olan bu gərəkli verilişin 20 yaşına çatması məni çox sevindirir. Bu yubiley münasibətilə "Səhər"in keçmiş və indiki əməkdaşlarını, həmin proqramın təşəkkülü, formalaşması, populyarlaşaraq sevilməsi üçün zəhmət çəkmiş, gecəsini gündüzə qataraq vicdanla çalışmış hər kəsi ürəkdən təbrik edirəm. Proqramın ideyasını vermiş AzTV-nin o vaxtki sədri, rəhmətlik Babək Hüseynoğlunun, ilk dövrdə verilişin inamlı addımlar atmasına kömək etmiş bədii rəhbər, mərhum Vaqif Ağayevin belə əlamətdar gündə ruhlarının şad olmasını diləyirəm.

"Səhər" televiziya tariximizin ciddi yaradıcılıq hadisəsidir, danılmaz mədəniyyət, sənət və jurnalistika faktıdır. Belə proqramlar yalnız peşəkarlığın, həssas teleduyumun, mənəvi-əxlaqi prinsipləri öndə saxlayan, işgüzar və səmimi bir kollektivin səyləri sayəsində ekran əsərinə çevrilir, geniş tamaşaçı rəğbəti qazanır. "Səhər"in bu uğurunda zəhmətkeş redaktorlar da, bir-birindən parlaq olan aparıcılar da, texniki işçilər də eyni dərəcədə iştirak edib. Mən daim kadr arxasında qalan, amma proqram üçün titanik əmək sərf edən rejissor qrupunu ayrıca qeyd etmək istəyirəm. Xüsusən "Səhər"in ilk on ilində bu qrupun üzvləri – Natiq, Hikmət, Samir, Aynur, Ramilə, Arzu (əsas rejissorlar), Nəzakət, Vaqif, Mina, Araz (2-ci rejissorlar), Əkbər, Ramin, Pəhləvan (rejissor assistentləri) verilşin yaxşı alınması üçün çox böyük zəhmət sərf etmişlər. Hamısına dərin hörmət və minnətdarlığımı bildirirəm. "Səhər" hamımızın qürur yeridir.

Bu gün 20 yaşı tamam olan "Səhər"in əməkdaşlarını, proqramın ənənələrini yaşadıb davam etdirən və efir rəqabətinə tab gətirmək üçün səy göstərən yaradıcı heyəti, keçmişlə gələcək arasında körpü yaradan dürüst və vicdanlı insanları da təbrik edirəm, işləriniz avand olsun!!"

Tarix
2015.08.14 / 16:39
Müəllif
Nigar An
Digər xəbərlər

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla