Yuxarı

Türk konsulun adı Mosulun işğalına qarışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk konsulun adı Mosulun işğalına qarışdı

Ramadi şəhərinin İŞİD tərəfindən ələ keçirilməsinə görə İraqın Baş naziri Heydar əl-Abadi məsuliyyət daşıyır.

Axar.az "Röyter" agentliyinə istinadən xəbər verir ki, bu İraq parlamentinin hazırladığı hesabatda yer alıb.

Parlament məhz bunun üçün baş nazirin məsuliyyətə cəlb edilməsini tələb edir.

Hazırlanan hesabatda başqa bir maraqlı məqam Türkiyənin Mosuldakı baş konsulu ilə bağlıdır. Belə ki, parlament Baş konsul Öztürk Yılmazı İŞİD-in Mosulu ələ keçirməsi zamanı terror təşkilatı ilə əlaqədə olmaqda günahlandırır. Parlament diplomatın fəaliyyətinin bölgənin kəşfiyyat rəisi Naci Hamid tərəfindən gizlədildiyini bildirib.

Bundan öncə Mosulun ələ keçirilməsinə görə əsas məsuliyyətin İraqın keçmiş Baş naziri Nuri əl-Malikinin üzərində olduğu haqqında informasiya yayılmışdı.

İraqın Mosul şəhəri iyun ayında İŞİD-in əlinə keçmişdi. İraqın ikinci ən böyük şəhərinin ələ keçirilməsi terror təşkilatına ölkənin şimalı və qərbinə irəliləmək imkanı yaratmışdı.

Öztürk Yılmaz bu ilin aprelində Tacikistana səfir göndərilib.

Tarix
2015.08.18 / 08:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ərəb ölkələri cavab verə bilər: Bəs, İran niyə vurur?

Ramazan ayı münasibətilə iftar mərasimi keçirildi

XİN-dən təxliyə olunan vətəndaşlarımızla bağlı məlumat

Polad Həşimovun avtomobili - Video

Bu ölkələrin diplomatları İranda Azərbaycana təxliyə olundu

Aslan Əliyevin 4 milyonluq əmlakı müsadirə olundu

Gəmilərin uzaq məsafədən izlənmə sistemi təkmilləşdi

İsveçrədən Azərbaycana: Belə kritik bir vaxtda...

Ramil Mənsimov Azərbaycana ekstradisiya edildi

Bakıda BMT iclasında məruzələr dinlənildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla