Yuxarı

Makron Əliyev-Paşinyan görüşünü niyə təşkil etdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Fransa, Avropa İttifaqı Şurası prezidentləri və Ermənistanın baş nazirinin videoformatda görüşü keçirilib: görüşün təşəbbüskarı Makrondur.

Aİ-yə sədrliyi üzərinə götürən Fransa prezidentinin belə bir görüşün təşkilində maraqları var:

- Makron Merkeldən sonra Avropanın lideri olmaq istiqamətində çalışır;

- Münaqişənin həllində uzaq düşdükləri bölgəyə Aİ-yə sədrliyi dövründə qayıtmaq istəyir.

Burada əsas məqam “Fransanın prosesə qayıtması Minsk Qrupu formatının dirilməsinə şərait yarada bilərmi” sualıdır.

Bu sualın cavabına, eləcə də Makronun aktivləşməsi və görüşün keçirilməsinə Rusiya-ABŞ qarşıdurması kontekstində baxa bilərik: Paris və Berlin Moskvaya qarşı Vaşinqton cəbhəsində yer almır; burada enerji maraqları ilə yanaşı, NATO daxilində cəbhələşmə də həlledici rol oynayır və Makronun fevralın 7-də Putinlə görüşə hazırlığı, fevralın 15-də Şoltsun Moskvaya planlaşdırılan səfəri də deməyə əsas verir ki, Rusiya ABŞ-la qarşıdurmada Avropa üzərindən bir addım öndədir; Və mümkündür ki, Makronun bunun qarşılığında ruslardan istədiyi məsələlərdən biri də münaqişədən sonra uzaq düşdüyü Cənubi Qafqazda aktivləşmək, Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi kimi iştirak etməkdir. Fransa prezidenti bununla:

- Avropanın yeni liderlik missiyasını gücləndirir;

- Aİ-yə sədrlik edən ölkə kimi Brüsselin Bakı-İrəvan xəttində vasitəçiliyini üzərinə götürür;

- Kiçik detal da olsa, prezident seçkiləri öncəsi bu gedişlər Fransadakı 700 minə yaxın erməni icmasının dəstəyini qazanmağa imkan yarada bilər.

Moskva-Paris anlaşmasının tərkib hissəsi kimi görünən Fransanın proseslərdə iştirakı Rusiyanın maraqları kontekstində də diqqət çəkir:

- Ruslar ABŞ-a qarşı Avropadan cəbhə açmaq siyasətini genişləndirir;

- Aİ ilə Minsk Qrupu formatına qarşı Qərbdə yaradılan alternativ Fransanın iştirakı ilə daha da güclənir;

- Minsk Qrupunun iki həmsədr ölkəsinin Cənubi Qafqazda rusların vasitəçiliyi ilə əldə olunan reallığı qəbul etməsi digər həmsədr ölkənin – ABŞ-ın təklənməsi və bölgəyə müdaxilə imkanlarının zəifləməsi ilə nəticələnir.

Bu baxımdan, Fransanın görüşü Minsk Qrupunun həmsədrindən daha çox, Aİ-nin sədri kimi təşkil etdiyini deyə bilərik. Makron və Şarl Mişelin görüşün yekunlarına dair birgə bəyanatında diqqətçəkən detallar da bu fikri önə çıxarır.

Mişel və Makronun birgə bəyanatında:

1. Minsk Qrupuna istinad edilmir;

2. “Dağlıq Qarabağ münaqişəsi” qeydi yoxdur, ümumiyyətlə Qarabağın adı çəkilmir; bu o deməkdir ki:

- Qarabağ məsələsi Bakının istəyinə uyğun olaraq gündəlikdən çıxıb;

- Fransa Minsk Qrupunun həmsədri olaraq postmünaqişə dövrünün reallığını qəbul edir: bu, Bakının (həm də Moskvanın) Minsk Qrupuna təqdim etdiyi postmünaqişə dövrünə dair fəaliyyət istiqamətinin Paris tərəfindən də qəbul edilməsi deməkdir;

3. Görüş və bəyanat postmünaqişə dövrünə həsr edilib:

- Brüssel görüşündə əldə olunan razılaşmaların icrası;

- Kommunikasiyaların açılması;

- Sərhədin delimitasiya və demarkasiyanın həyata keçirilməsi;

- Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə danışıqların başlanması və s.

Beləliklə, geosiyasi proseslərin yaratdığı mövcud şərtlərdə Bakının müharibədən sonra irəli sürdüyü gündəliyin Qərbdə də qəbul edilməsi prosesi sürətlənir.

Tarix
2022.02.05 / 09:00
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla