Yuxarı

Suriyada 14 yaşlı azərbaycanlı öldürüldü - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada 14 yaşlı azərbaycanlı öldürüldü - Şok

Yanvarın 10-da Suriyada daha bir azərbaycanlı öldürülüb. Qəribəsi isə odur ki, bu dəfə öldürülən məktəb yaşlı yeniyetmədir. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan 1999-cu il təvəllüdlü Kərimov Nəcəf Namiq oglu Suriyadakı döyüşlərdə öldürülüb. Bu haqda Suriyada öldürülən Nəcəf Kərimovun xalası nəvəsi Günel Babayeva məlumat verib.

"Axar.az"ın "Teleqraf.com"a istinadən məlumatına görə, Kərimovlar 2013-cü ilin yay aylarında ailəliklə Azərbaycanı tərk edib. Ölkəni tərk edərkən valideynlər 16 yaşlı İradə, 14 yaşlı Nəcəf, 10 yaşlı Sara və 5 yaşlı Fatiməni da özləri ilə aparıb.

Suriyada öldürülən 14 yaşlı Nəcəf Kərimov Namiq Kərimovun oğludur. Ailə Bakını tərk etəməzdən əvvəl Dərnəgül qəsəbəsi, Saratov küçəsində, daha sonra Sabunçu rayonunda yaşayıb.

Yeri gəlmişkən, Namiq Kərimovun "Allah yolunda döyüşlərdə" iştirak etmək üçün Suriyaya getdiyi deyilir. O, bu məqsədlə 14 yaşlı oğlunu da döyüşlərə aparıb.

O da qeyd edilir ki, vəfat edən Nəcəf Kərimovun atası Namiq Kərimovun əvəllər üç mağazası olub. Ancaq ailə tam olaraq vəhabiliyi qəbul etdikdən sonra ailə başçısı mağazaları bağlayıb. O, deyib ki, bu cür fəaliyyətlə məşğul olmaq günahdır.

Məlumata görə, öldürülən Nəcəf Kərimovun anası Nigar Kərimova da vəhabi təriqətini qəbul etdikdən sonra uşaqlarını təhsildən yayındırıb. Deyilənlərdən belə çıxır ki, Namiq Kərimov Nəcəf Kərimovu məcburi şəkildə Suriyaya döyüşlərə göndərib. Yanvarın 10-da həmin döyüşlərin birində 14 yaşlı yeniyetmə öldürülüb.

Tarix
2014.01.12 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynalı nazir Ceyhun Bayramova zəng etdi

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

Bayramov Koşerbayevi qəbul etdi - Foto

Bu, bütün dünya üçün təhlükədir - Deputat

İlham Əliyev Pezeşkiana zəng edib, təbrik etdi

İran danışığa məcbur edilib, deməli... – Zülfüqarov

ABŞ, İsrail və İran məğlubdur: Qaliblər sırasında isə Bakı da var

İrana elə bir zərbə vuruldu ki... - Ayağa qalxa biləcək?

İlham Əliyev qazaxıstanlı nazirləri qəbul etdi - Foto

İranın şərtləri budur - ABŞ qəbul edə bilməz!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla