Yuxarı

Hacı İbrahim: “Onu özüm İnterpola vermişəm...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı İbrahim: “Onu özüm İnterpola vermişəm...”

Vaqif Bağırov bizdə mühasib işləyirdi. Ancaq fərqli binalarda bir mənzili ayrı-ayrı şəxslərə satmışdı. Sonra aradan çıxıb qaçdı. Biz həmin vətəndaşların pulunu qaytarıb razı saldıq.

Bu sözləri Axar.az-a "Avesta" konsernin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli deyib. O, mühasibi Vaqif Bağırovun axtarışa verilməsi haqda danışarkən bildirib ki, özü İnterpola müraciət edib.

Hacı İbrahim V.Bağırovun başqa dələduz əməllərinə görə də axtarşda olduğunu qeyd edib:

"Başqa iş adamlarının binalarında da mənzilləri saxta möhürlə satıb. Özüm İnterpola vermişəm onu. Bizim şirkətin adına ləkə gətirənlər cavabını almalıdır. İndi Afrikadadır, axtarışları gedir".

Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham elan edilən V.Bağırovun Afrika qitəsinin hansı ölkəsində olduğu bilinməsə də, tikinti işləri ilə məşğuldur.

O, 2010-cu ilin dekabrına qədər Hacı İbrahimlə birgə çalışıb. Özü də Musavat.com-a açıqlamasında təsdiqləmişdi ki, şəxsi biznesini qurmaq üçün işdən çıxıb:

"Hazırda Afrikada işimi qurub biznesimlə məşğulam. 2011-ci ilin may ayının 17-də Azərbaycandan çıxmışam".

Tarix
2015.08.25 / 13:47
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

İlham Əliyev Vuçiçlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla