Yuxarı

Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda - Foto

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda istifadəyə verilib.

Azərtac xəbər verir ki, www.mehriban-aliyeva.az ünvanında yerləşən sayt Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyatı və ictimai-siyasi fəaliyyətini əks etdirir.

"Xəbərlər", "Bioqrafiya", "Fəaliyyət", "Səfərlər", "Görüşlər", "Müsahibələr", "Çıxışlar" və digər bölmələrdən ibarət olan saytda Mehriban Əliyevanın Heydər Əliyev Fondu və Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Azərbaycan Mədəniyyəti Fondunun rəhbəri, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti, çıxışları və müsahibələri, eləcə də həyatına dair müxtəlif məlumatlar, foto və videolar izləyicilərə təqdim olunur.

Azərbaycan, rus və ingilis dillərində hazırlanmış saytda, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təltif olunduğu müxtəlif mükafatlar barədə məlumatlar, mətbuatda yer almış məqalələr yerləşdirilib.

İzləyicilər saytın foto və video bölməsində Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti ilə yanaşı, ailə fotoalbomu, eyni zamanda, ölkənin birinci xanımının iştirak etdiyi ayrı-ayrı tədbirlər, görüşlər zamanı maraqlı anları əks etdirən fotolarla da tanış ola bilərlər.

Saytda uşaqlar üçün səhifə də yaradılıb. Bu səhifədə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğının əsas yer tutması barədə məlumat verilir, həmçinin onlar üçün "Azərbaycanım", "Oyunlar", "Bu maraqlıdır" kimi bölmələrdə maarifləndirici oyun və məlumatlar təqdim olunur. "Azərbaycanım" bölməsində uşaqlara tariximiz, adət-ənənələrimiz, əlamətdar günlərimiz barədə informasiyalar çatdırılır. Saytın uşaqlar üçün səhifəsində, eyni zamanda, müxtəlif cizgi filmlərini də izləmək mümkün olacaq.

Saytın mobil telefon və planşetlər üçün versiyası da istifadəyə verilib.

Tarix
2015.08.26 / 11:19
Müəllif
Axar.az
Digər xəbərlər

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla