Yuxarı

Mətbuat Şurası nekroloq yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mətbuat Şurası nekroloq yaydı

Mətbuat Şurası tanınmış jurnalist Mahal İsmayıloğlunun vəfatı ilə bağlı nekroloq yayıb.

Şuradan Axar.az-a verilən məlumata görə, Mahal İsmayıl oğlu Sadıqov 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub.1974-cü ildə Gürcüstanın Dmanisi rayonundakı Muğanlı kənd orta məktəbini bitirib.

1977-1982-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

1982-1984- ci illərdə İrəvanda nəşr olunan "Sovet Ermənistanı" qəzetində çalışıb.

1984-1987-ci illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor işləyib. 1987-1990-cı illərdə Neft Akademiyasının çoxtirajlı qəzetinin redaktoru olub.

1990-cı ildən Azərbaycanda ilk azad mətbuat orqanlardan biri olan "Aydınlıq" qəzetində fəaliyyət göstərib. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək "Xalq qəzeti"nin baş redaktoru olub. Ölkənin tanınan, ictimai rəyə təsir göstərən qəzetlərində müxtəlif mövzularda publisistik məqalələrlə çıxış edib.

İstedadı və işgüzarlıq qabiliyyəti ilə tanınan Mahal İsmayıloğlunun əziz xatirəsi doğmalarının, əzizlərinin və həmkarlarının qəlbində daim yaşayacaq.

Xatırladaq ki, Azərbaycan jurnalistikasının tanınmış nümayəndələrindən olan Mahal İsmayıloğlu dünən 58 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Tarix
2015.08.29 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla