Yuxarı

Bakını hədələyən Delyagin Putindən nələr yazdı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 milyondan artıq ukraynalı - qaçqına çevrilib. O yazıqlar mübarizəyə başlayanda Avropa Birliyinin tamhüquqlu üzvləri kimi hər yerə azad gedib-gəlməyi də arzulayırdılar. Bu gün onlar bütün Avropaya səpələniblər. Amma bu onların arzu etmədiyi azad avropalılıqdır. Azərbaycana Ukraynanın nümunə göstərən qaragüruhun antidövlət mahiyyəti o qədər kordur ki, ən sadə reallığı belə görmür. Görmür ki, bu saat Ukraynanın timsalında Rusiyanın qulağının dibində Əfqanıstan tərtib edilib. Ukraynanın düşdüyü aqibəti isə elə onların özlərinin yaratdığı bu atalar sözü əla izah edir: “Qərb müharibəni axırıncı ukraynalıyadək aparacaq!”

Qərb, eyni zamanda həm də Rusiyanı saldığı, yaxud düşdüyü tələdən çıxmağa imkan vermir. Bu vəziyyətin uzanması, asılı vəziyyətdə qalması üçün hər şey edilir. Nəticə isə budur. Ölüm, qan, xarabalıqlar, tarixi slavyan qardaşlığının kökünün qazılması. Məntiqlə Azərbaycanla Türkiyə kimi, “bir millət iki dövlət” olmalı olan Rusiya Ukrayna tarixin qan düşməninə çevrilməkdədirlər. İtirən Rusiya və Ukrayna xalqlarıdır. Qərb münaqişənin dayanmasında maraqlı deyil. Daimi sülh bir yana, ən azı atəşkəsin əldə edilməsinə belə cəhd etmir, əksinə qızışdırır. Səmimi, doğrudan regionda sülh yaratmaq naminə çalışan Türkiyənin təşəbbüslərini də sabotaj etməyə çalışır. Aktyormənşəli Zelenskini isə zəif yerindən, alqış asılılığından ilişdiriblər. Və Azərbaycan məhz bu mürəkkəb situasiyada öz siyasətini, geosiyasəti nəzərə alır. Azərbaycanın siyasətini heç bir halda Ukraynanın, Rusiyanın siyasəti ilə müqayisə etmək, tutuşdurmaq, aqibət paraleli aparmaq olmaz. Bir siyasətin nəticəsi budur. Məsələn, Ukrayna.

Bir siyasətin nəticəsi isə budur: ən güclü dövlətlərin əməkdaşlıqdan imtinası, rus demişkən, izqoya çevrilmə, hər yerdən əli üzülmə, saysız-hesabsız sanksiyalar nəticəsində demək olar ki, beynəlxalq məhbusa çevrilmək. Dövlətin ev dustaqlığı. Bir komediya aktyoruyla mübarizədə acınacaqlı duruma salınmış siyasət peşəkarı. Elə bir ölkə ki, hətta normal təbliğat üçün kadrları, ağılla-başla fikir yürütməyə qabil ekspertləri belə yoxdur. Simonyan, Peqov, Skabayevanın ümidinə qalıblar. Dəlicəsinə təbliğatçı Jirinovskisi indi ümumiyyətlə, özündə deyil. Yeni Jirinovski axtarılır. Dəlilərin yeri isə heç vaxt boş qalmır. Bəs kimdir bu yeni Jirinovski? Haqqında cinayət işi açılmış Delyagin. Bəs bu adamın mahiyyəti barədə nə bilirik? Yəni doğrudan bu şəxs sabitqədəm birisidir. Araşdırmalarımız nəticəsində gördük ki, yox. Potensial Jirinovskdən başqa bir şey deyil. Bu gün Azərbaycanı hədələyən və guya bunu Rusiya Prezidentinin siyasətini qorumaq adıyla edən Delyagin Putini, yaxud öz liderinin amallarını beləmi sevir?

Yoxlayaq: məsələn, Delyagin 2005-ci ilin yanvar ayında belə düşünürdü:

“Putin, eyni zamanda hamıya müharibə elan edib. Kasıblara. Biznesə, regionlara, Qərbə, hüquq-mühafizə orqanlarına. Birinciyə güzəştlərin monetarlaşdırılmasıyla, ikinciyə güc strukturlarının köməyilə, üçüncülərə qubernatorların seçki yoluyla yox, təyin olunmasıyla, demokratiya yolu ilə inkişafdan açıq imtina yoluyla, hüquq-mühafizə orqanlarına isə onlara tətbiq olunan güzəştləri ləğv etməklə”.

Bu həmin o Delyagindir ki, srağagün belə yazırdı: “Putin ümidsiz siyasətçidir. Ona kömək etmək olmaz. O, artıq məhkumdur. Yəni obreçyon. O, ölkəni yeni tutqu zamanlara sürükləyir. O, nə qədər tez istefa versə, sistem böhranı daha az dağıdıcılıqla keçəcək. Putinin istefası qanun çərçivəsində, bütün mümkün üsullarla, bütün sağlam və məsuliyyətli qüvvələrin əsas vəzifəsi olmalıdır. Putin getməlidir. Və nə qədər ki, gec deyil”.

Tarix
2022.04.04 / 08:00
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla