Yuxarı

Konstitusiya Məhkəməsi açıq məhkəmə keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Konstitusiya Məhkəməsi açıq məhkəmə keçirdi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci, 10-cu, 24-cü və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Binəqədi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci, 8-ci və 26-cı maddələrinin müddəalarına müvafiq olaraq, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. Eyni zamanda, məhkəmələr tərəfindən bu qaydalara riayət edilməməsi icra məmurunu icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərmək vəzifəsindən azad etmir.

Qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Tarix
2015.09.08 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla