Yuxarı

Bu, deputatın qızı deyilsə, bəs, kimdir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, deputatın qızı deyilsə, bəs, kimdir?

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə millət vəkili Günay Ağamalının qızı olduğu bildirilən gəncin görüntüləri müzakirələrə səbəb olmuşdu. Belə ki, izləyicilər millət vəkilinin ictimai-milli statusunun tatulu, sinəsinə xaç asmış və qeyri-adekvat hərəkətlər edən övlad tərbiyə etməsi ilə bir araya sığmadığını bildirmişdilər.

Millət vəkili Günay Ağamalı isə saytımıza açıqlamasında sözügedən gəncin onun övladı olmadığını bildirmişdi.

Maraqlıdır ki, bu açıqlamadan dərhal sonra sözügedən gəncin sosial səhifələri silinib, başqa sözlə, xanım “yoxa” çıxıb. Bu isə “Günay Ağamalının qızına oxşayan xanımın” kimliyini müəyyənləşdirməyə mane olub.

Sözügedən görüntüləri ilk dəfə sosial şəbəkə hesabında paylaşan Şəfəq Ağacan Kult.az-a açıqlamasında deyib ki, deputat Günay Ağamalıya qarşı heç bir qəsd-qərəzi yoxdur.

“Sadəcə profil qarşıma çıxdı və mən həmin qızı tanıyıram. Türkiyədə təhsil alan uşaqlar da onun Günay Ağamalının qızı olduğunu təsdiq edirlər. Maraqlı gəldi ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvünün mental dəyərlərə zidd hərəkətlər edən övladının olması ictimaiyyət üçün yaxşı örnək deyil. Məhz buna görə həmin videonu paylaşdım. Videogörüntü yayılan andan Günay Ağamalı günortaya qədər heç bir zəngə cavab vermədi. Hətta G.Ağamalının qardaşı Elçin Ağamalı da məsələ ilə bağlı şərh vermək istəmədiyini bildirdi, halbuki dərhal təkzib etməyə heç nə mane olmurdu. Görüntülər yayıldıqdan sonra qızın səhifəsindən bütün videolar silindi, daha sonra isə həmin profil ümumiyyətlə bağlandı”, - o bildirib.

Şəfəq Ağacanın sözlərinə görə, yalnız bundan sonra videodakı qızın Günay xanımın övladı olmadığı açıqlandı:

“Mən də qeyd etdim ki, əgər biz səhv düşünürüksə, Günay xanım qızının şəklini çəkə, fərqləri göstərə bilərdi. Ancaq hələ ki, belə bir təşəbbüs görməmişik”.

Məsələ ilə bağlı ötən gün saytımıza danışan Günay Ağamalı nədənsə bu dəfə sualı cavablandırmaq istəmədi.

Tarix
2025.11.27 / 12:53
Müəllif
Aysel Baxşıyeva
Digər xəbərlər

Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi

Hacıyev Bakıda Arakçının müavini ilə görüşdü - Foto

Uitkoff-Uşakov danışığını MKİ yayıb? - Ekspert

Sabiq nazirlərin pensiyası nə qədər olacaq? - Özləri danışdı

“Lukoyl” özünü satışa çıxarır: ABŞ bundan qorxur...

Ceyhun Bayramov İtaliya səfərinin əhəmiyyətindən yazdı

Xəzər dənizinin geri çəkilməsi 250 il davam edir

Hikmət Hacıyev Türkiyə nümayəndələri ilə görüşdü

Gürcüstan sözünü tutdu: TIR-larımızla bağlı yeni xəbər

Azərbaycan sərhədində yanğın: 1 xilasedici öldü, 4-ü yaralandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla