Yuxarı

Bakı ərzaq bahalaşmasından necə yayına bilər? – Təklif

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ərzaq bahalaşmasından necə yayına bilər? – Təklif

Dünyada ərzaqla bağlı problemlər pandemiya dövründən başladı. Logistik zəncirlərin qırılması, ölkələrin daxili bazarı qorumaq üçün ərzaq ixracına müəyyən qadağalar qoyması kifayət qədər ciddi problemlər yaratdı.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Dünya Bankının ərzaq və enerji qiymətlərindəki artımın 2024-cü ilə qədər davam edəcəyi barədə proqnozunu şərh edərkən deyib.

O bildirib ki, ərzaq və enerji qiymətlərinin bahalaşmasına Rusiya-Ukrayna müharibəsi ciddi təsir göstərir:

“Rusiya və Ukrayna bir çox ərzaq növləri üzrə dünya bazarında kifayət qədər yüksək paya malikdir, xüsusilə buğda satışında bu 2 ölkənin dünya bazarındakı payı təqribən 26-27%, günəbaxan və qarğıdalı yağı üzrə isə 58% təşkil edir. Buna görə də ərzaqla bağlı daha ciddi problemlər yaşanmağa başlayıb”.

N.Cəfərli qeyd edib ki, enerji qiymətlərində bahalaşma isə müharibə səbəbindən Rusiyaya tətbiq edilən sanksiyalarla əlaqəlidir.

İqtisadçı ölkəmizdə bu ilin ikinci yarısından qiymət artımındakı sıçrayışların yavaşlayacağı və enmələrlə müşayiət olunacağı haqda rəsmi proqnozlara isə bu cür reaksiya verib:

“Dünyada qiymət artdıqca Azərbaycanda da növbəti qiymət artımı dalğaları yaşanacaq. Bu, qaçılmazdır. Çünki bir çox ərzaq məhsullarında idxaldan asılıyıq. Dövlət bəzi addımlar atmalıdır ki, bu dalğaları yumşaltsın. Bunlardan ən vacibi orta və uzunmüddətli hədəfdə daxili istehsalın artırılmasıdır. Amma buna zaman lazımdır. Qısamüddətli effektiv addımlardan biri isə ərzaq məhsulları üzrə gömrük rüsumları və əlavə dəyər verigisinin ləğv edilməsidir. Bu, kifayət qədər ciddi effekt verə biləcək bir addıma çevrilə, qiymətlərin tənzimlənməsində mühüm rol oyanaya bilər”.

Qeyd edək ki, Dünya Bankı Qrupu Ukraynadakı müharibə nəticəsində ərzaq və enerji qiymətlərindəki artımların 2024-cü ilin sonuna qədər davam edəcəyi barədə məlumat yayıb.

Tarix
2022.04.28 / 08:45
Müəllif
Türkan Camal
Digər xəbərlər

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı azalıb

Prezident Daramber Qoxul ilə görüşdü

Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb

WUF13-ün məhz Azərbaycanda keçirilməsi bunu göstərir

WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə...

Bakı buna səmimi marağını nümayiş etdirir - Bayramov

Qarabağın bərpası qürur duyulacaq bir nümunədir

Prezident İqor Sergeyenkonu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla