Yuxarı

Əliyev nələr edib? Brüsseldə mənə dedilər ki... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev nələr edib? Brüsseldə mənə dedilər ki... - Video

09:00

Birbaşa etiraf etməliyik ki, İlham Əliyev çox ciddi xarici siyasət aparır.

Axar.az xəbər verir ki, bu sözləri Budro Nyus (Budrooo News) kanalına açıqlamasında tanınmış erməni politoloq, Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin rəhbəri Stepan Qriqoryan deyib.

O bildirib ki, erməni ictimaiyyətində və siyasi elitasında yanlış fikir formalaşıb:

“Təəssüf ki, erməni ictimaiyyəti və siyasi elitasında onların arxasında Türkiyənin durduğu, son vaxtlar Bakını Rusiyanın da müdafiə etməsi, Türkiyə və Rusiyanın sayəsində azərbaycanlıların uğur qazanması barədə təsəvvürlər var. Bu, olduqca sadəlövh yanaşmadır. Əlbəttə, Türkiyə və Rusiya birməmalı olaraq Azərbaycanı müdafiə edir. Rusiya hətta son vaxtlar daha güclü şəkildə Bakını dəstəkləyir – mən faktlar gətirə bilərəm.

Amma İlham Əliyev özü xarici siyasətdə olduqca dinamikdir. Mən sizə sadə bir misal gətirəcəyəm: bilirsiniz ki, mənimlə müxtəlif ölkələrin diplomatları görüşür, vaxtaşırı olaraq xaricdə oluram, elə Brüsseldən yenicə gəlmişəm, Avropa Birliyində yüksək səviyyəli şəxslərlə görüşlər keçirdim və s. Bilirsiniz orda necə təsəvvür yaranıb? Bizə deyirlər ki, ay ermənilər, Qarabağı işğal etmişdiniz, daha bəsdir, indi geri vermək, ordan çıxmaq lazımdır, ora sizin torpaqlar deyil. Bunu olduqca ciddi şəxslər deyir və onların böyük əksəriyyəti heç də antierməni deyil! Mən deyəndə ki, axı belə bir anlayış var - xalqların öz müqəddəratını təyin etməsi, ermənilər avtonomdur, orda həmişə yaşayıblar və ilaxır... - onlarda belə bilgi yoxdur. Xüsusilə yeni nəsildə. Hansı ki, biz 1990-cı, 2000-ci illərdə bu informasiyaları ötürmüşdük. İndi o informasiyaları alan həmin insanlar yoxdur, yeni nəsil isə ancaq Azərbaycanın informasiyalarını bilir”.

Tarix
2022.05.10 / 11:01
Müəllif
Axar.az
Digər xəbərlər

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər

Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?

Prezident FHN əməkdaşlarını təltif etdi

Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla