Yuxarı

Ukraynanı bu hala salanlar, görün, nələr edəcək...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün biz nə görürük? Dünyada güclərin təhdidi və təzyiqi altında diktə olunan reallıqlarla barışmağa cəhd! Barışdırmaq! Zorla, güclə barışdırmaq! İkibaşlı səslənsə də, hər iki başı həqiqət olan ifadədir! Bütün qütblərin təzyiqinə baxmayaraq, Əliyev nümunəsində Azərbaycanın qələbə modeli daha aydın görünür. Hər yerdən. O cümlədən Ukraynadan da. İlham Əliyev dünyanın bütün fövqəl-güclərinin − nəzərə alsaq ki, bu güclər hamısı ATƏT-in Minsk Qrupunun həmsədrləri qismində münaqişəyə calaq edilmişdi - hamısının və hər birinin təzyiqinə baxmayaraq, Qarabağ münaqişəsini bitirdi.

Lavrovun bir müxbirin üzərinə nümayişkaranə hücumunu xatırlayaq: adam nə soruşmuşdu ki! Sadəcə sual vermişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün əməliyyatlara başlasa, Rusiya nə edəcək? Cavabı xatırlayırıq! Başqa həmsədrlər bir ağızdan deyirdilər ki, münaqişənin hərb yolu ilə həlli yoxdur. Xalqı sülhün ağır şərtlərinə hazırlamaq lazımdır. Azərbaycan tərəfinə reallıqla, deməli, məğlubiyyətlə barışmağı tövsiyə edirdilər. Amma İlham Əliyev inanılmaz qələbə qazandı. Bu qələbənin qiymətini daha yaxşı anlamaq üçün Ukraynaya təzyiq edən dövlətlərin davranışlarını xatırlayaq. Məlum olur ki, Fransa Prezidenti Makron Zelenskini sülh yolunda hətta suverenlikdən, hətta ərazilərdən imtinaya belə təhrik edirmiş. “Nyu York Tayms” yazır ki, Rusiya-Ukrayna danışıqları olacaqsa, ağır şərtlərə Kiyev razı olmalıdır. İtaliyanın keçmiş Baş naziri Berluskoni də eyni notda ifa edir. AVROPA BİRLƏŞMƏLİ VƏ Putinə sülh təklifi təqdim etməli, bununla yanaşı Kiyevi Moskvanın tələblərini qəbul etməyə məcbur etməlidir. Və buyurun bu da nəticəsi: artıq müharibə səhəsində Zelenski yeni ssenari mətnini dilə gətirir. Ukrayna Rusiya ilə müharibəyə qədərki, yəni 24 fevral sərhədlərinə yığışa bilərsə, bu, qələbə olacaq. Təsəvvür edirsiniz? Niyə bunlar baş verir? Ona görə ki, Qərb liderləri heç də özlərini təqdim etdikləri kimi təmiz və şəffaf deyillər! Biz də nələrsə bilirik axı: Məsələn, Fransanın “Milli birlik” partiyasının sədri, 2022-ci ildə prezidentliyə namizədliyini irəli sürmüş, lakin məğlub olmuş Marin Le Pen 2014-cü ildə Rusiya banklarından 11 milyon avro məbləğində kredit götürüb. 9 milyon 4 yüz min avro məbləğində ilk kredit partiya sədrinə Kremllə əlaqəsi olduğu bildirilən Birinci Çex-Rusiya Bankı tərəfindən verilib. 2016-cı ildə bank müflis olduqdan sonra onun − Le Penin borcu Moskva kənarında avtomobillərin kirayəsi ilə məşğul olan “Konti” şirkətinə satılıb. Sonuncu isə həmin borcu “Avtozapçast” adlanan daha böyük şirkətə satıb.

2019-cu ilin dekabrında “Avtozapçast” şirkəti Le Peni məhkəməyə verərək ondan borcu qaytarmağı tələb edib. Moskva Arbitraj Məhkəməsinin 2020-ci il iyunun 3-də verdiyi qərara əsasən, Le Pen 3 milyon avro məbləğində ilk tranşı iyunun 6-da qaytarmalı idi. Daha sonra borc hissə-hissə 2028-ci ilə kimi bitirilməliydi.

Sizə maraqlı deyil? Rusiya bankı fransalı “milliyyətçi” siyasətçiyə niyə bu qədər böyük kredit verir, daha sonra isə onun ödənilməsini 2028-ci ilə kimi uzadır?

Bəlkə ona görə ki, Le Pen uzun illər Rusiyanın Avropadakı müttəfiqlərindən biri kimi tanınıb. 2017-ci il seçkiləri ərəfəsində o deyirdi ki, Krımın anneksiyasına inanmır, “referendum oldu, Krımın sakinləri Rusiyaya birləşmək istədilər”. 2016-cı ildə BBC-yə müsahibəsində deyirdi ki, Vladimir Putinin idarəçilik stilini ağıllı proteksionizm hesab edir, Putin “öz ölkəsinin maraqlarını, onun identikliyini müdafiə edir”. Rusiyanın Marin Le Pendən öz maraqları üçün istifadə etməsinə dair də faktlar var. Bu, Rusiyanın “Şaltay-Baltay” haker qrupunun Kremldən olan məmurla Rusiya deputatı arasında olan telefon danışığını internetə buraxdıqdan sonra daha aydın göründü. Danışıqdan aydın olur ki, onlar Marin Le Penin Krıma səfərinin və referendumda müşahidəçi kimi iştirak etməsinin mümkünlüyünü müzakirə ediblər. Marin Le Pen Krıma getmədi, amma yarımadanın Rusiya tərəfindən anneksiyasını dəstəklədi. Çünki məmurlardan birinin göndərdiyi SMS-də deyilirdi ki, Le Pen onları pis vəziyyətdə qoymadı və əlavə olunurdu ki, “tərəfimizdən fransızlara bir respekt etmək lazımdır... Bu, mühümdür”.

Bir çoxları əmindir ki, Rusiya bankı tərəfindən Le Penin partiyasına 9 milyonluq kredit ayrılması onun Krımın anneksiyasına dəstəyinə görə minnətdarlıq idi. Vaxtilə Rusiyanın Baş naziri olmuş Mixail Kasyanov da bu fikirdədir ki, kredit Kreml tərəfindən sanksiyalaşdırılıb. Jan-Marin Le Pen deyirdi ki, Putin onun yox, Marinin dostudur: “Mən onunla görüşməmişəm. Onunla Marin görüşüb”.

İndi aydın olur ki, Azərbaycan qələbəni hansı qarışıqlıqda, hansı tıxacda qazanıb... Əliyev hansı kombinasiyalara qalib gəlib. Bir müddət də keçsin qoy, görəcəyik, Ukraynanın bu hala düşməsinin səbəbkarları öz aralarında hansı ovun dərisini necə bölüşdürəcəklər.

Tarix
2022.05.23 / 09:00
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla