Yuxarı

İlham Əliyev özbək baş nazir müavinini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev özbək baş nazir müavinini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Özbəkistan Respublikasının Baş nazirinin müavini, turizm və mədəni irs naziri Əziz Abduhakimovu qəbul edib.

Axar.az xəbər verir ki, Aziz Abduhakimov Özbəkistan Prezidenti Şövkət Mirziyayevin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə - siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bu baxımdan qarşılıqlı səfərlərin önəmi qeyd edilib.

Söhbət zamanı Şamaxının Türk Dövlətləri Təşkilatı tərəfindən Türk Dünyasının Turizm Paytaxtı seçilməsi və orada Təşkilata üzv ölkələrin turizm nazirlərinin VII iclasının keçirilməsinin önəminə toxunulub. Bu tədbirin Təşkilata üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Dövlətimizin başçısı Füzuli rayonunun erməni işğalından azad edilmiş ərazisində Özbəkistan Prezidentinin məktəb binasının tikintisi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirdiyini bir daha qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, ölkələrimizdə tarixi baxımdan xeyli sayda görməli yerlərin və dünya əhəmiyyətli tarixi abidələrin mövcudluğu nəzərə alınaraq turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var.

Qonaq turizmlə bağlı ölkələrimizin müvafiq qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb və Şamaxıdakı tədbirdə iştirakından məmnunluğu ifadə edib.

Tarix
2022.05.24 / 18:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla