Yuxarı

Bakı və İrəvan arasında üçtərəfli sazişlər olmalıdır - Aİ

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və İrəvan arasında üçtərəfli sazişlər olmalıdır - Aİ

Avropa İttifaqı həmişə Ermənistan və Azərbaycan arasında cari müzakirələr üçün əsas olan bütün keçmiş üçtərəfli sazişlərin həyata keçirilməsinin zəruriliyini vurğulayır.

Axar.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

“İnsan hüquqları və təhlükəsizlik məsələsi Dağlıq Qarabağ münaqişəsinin başlanmasından bu günə kimi konfliktin əsas məsələlərindən biri olub. Biz təhlükəsizlik məsələsini həll etmədən münaqişənin hərtərəfli və davamlı həllinə nail ola bilmərik”, - Aİ rəsmisi vurğulayıb.

O, qeyd edib ki, dövlətlərarası münasibətlər olduqca vacibdir və bunu tənzimləmək lazımdır: “Biz çox yaxşı bilirik ki, millətlərarası kontekstdə hüquqlar və təhlükəsizlik münaqişənin başlanmasında əsas məsələlərdən biri olub. Bu problemi həll etmədən hərtərəfli və davamlı həllə nail ola bilməyəcəyik”.

Toivo Klaar bildirib ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında uzunmüddətli həlli təmin edən istənilən sazişi dəstəkləyəcək.

“Sülh prosesləri adətən qorxular, emosiyalar, fərziyyələr və yanlış şərhlərlə müşayiət olunur. Bu, təbiidir”, - o əlavə edib.

“Gərginliyi azaltmaq, ritorikanı zəiflətmək lazımdır”, - Aİ rəsmisi vurğulayıb.

Klaarın sözlərinə görə, heç kim Moskvanın vasitəçiliyi ilə İrəvan və Bakının əldə etdiyi üçtərəfli razılaşmaların aktuallığına şübhə etmir: “Aİ həmişə Ermənistan və Azərbaycan arasında cari müzakirələr üçün əsas olan bütün keçmiş üçtərəfli sazişlərin həyata keçirilməsinin zəruriliyini vurğulayır. 2020 və 2021-ci illərdə Moskva ilə əldə olunan üçtərəfli razılaşmaların aktuallığına heç kim şübhə etmir.

Avropa İttifaqı öz növbəsində qonşuluğunda sülh, sabitlik və firavanlıqda maraqlıdır. Ona görə də bu prosesdə iştirakımızı vacib hesab edirik.

Bununla belə, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək vermək səylərimiz yalnız Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsinə yönəlib və biz eyni məqsəd güdən istənilən digər iştirakçı ilə əməkdaşlıqdan məmnunuq”.

Tarix
2022.05.25 / 00:39
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

Türkiyə F-16-ları Azərbaycana göndərir

Paşinyandan Azərbaycan açıqlaması: Bu, tarixi hadisədir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla