Yuxarı

ABŞ Minsk Qrupunu dirildir? - Zaxarovadan cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Minsk Qrupunu dirildir? - Zaxarovadan cavab

Moskva ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində işləməyə hazır olması barədə bəyanatlarının səmimiliyinə şübhə edir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“İcazə verin, Karen Donfridin açıqlamalarının səmimiliyinə şübhə edim. Əgər Vaşinqton və Paris həqiqətən də Minsk Qrupunun unikal vasitəçilik formatını vacib hesab etsəydi, bütün iştirakçı dövlətlər tərəfindən təsdiq edilmiş mandatına etinadsız yanaşmazdı”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, ABŞ və Fransa fevralın 24-də Minsk Qrupunun rusiyalı həmsədri ilə təmasları heç bir məsləhətləşmə aparmadan kəsiblər.

Bu qəzəbli addımın səbəbləri ilə bağlı hələ dəqiq izahat alınmayıb.

“Bu cür məsuliyyətsiz hərəkətlərin təkrarlanmayacağına təminat yoxdur. Elə görünmək lazımdır ki, guya heç nə baş verməyib, heç nə alınmayıb. Yeni reallıqlardan dərs almaq lazımdır. Hesab edirdilər ki, Rusiyanı təcrid edəcəklər, amma konsepsiyalarında səhv etdilər və onlar özü təcrid oldu. Xarici dünya Avroatlantik məkan ilə məhdudlaşmır. Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlıdır. Rusiya imkan verə bilməz ki, müəyyən xarici oyunçuların siyasiləşmiş addımları regionda sülhün və sabitliyin bərqərar edilməsi üçün onsuz da çətin olan səyləri pozsun. Üç ölkə liderinin bəyanatlarında qeyd olunan öhdəlikləri və tapşırıqları qeyd-şərtsiz yerinə yetirmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”, - Zaxarova bildirib.

Tarix
2022.06.22 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla