Yuxarı

Paşinyan Lavrovun Bakı bəyanatından "şoka düşüb"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya XİN rəhbəri Sergey Lavrovun ATƏT-in Minsk Qrupu ilə bağlı Bakıda səsləndirdiyi bəyanat, yumşaq desəm, çox qəribədir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan onlayn rejimdə keçirdiyi mətbuat konfransında deyib.

O iddia edib ki, 19 aprel 2022-ci ildə Rusiyaya səfəri zamanı Prezident Putinlə birgə bəyanat imzalayıb:

“O bəyanatda bildirilir ki, biz Dağlıq Qatabağ konfliktinin nizamlanması üçün ATƏT-in Minsk Qrupunun potensialından istifadə edərək əməkdaşlıq etməliyik”.

Paşinyan Minsk Qrupunun həmsədr ölkələrinin və qrupun özünün fəaliyyətini dayandırdığını elan etmədiyini bildirib.

Qeyd edək ki, Rusiya dəfələrlə ABŞ və Fransanın Rusiya ilə əməkdaşlıq etməməsi səbəbindən Minsk Qrupunun artıq tam iflic olduğunu elan edib. Lavrov özü də 8 apreldə erməni həmkarı Ararat Mirzoyanla Moskvada görüşərkən, “Vaşinqton və Paris rusofobiyaya görə Moskva ilə bu formatda (Minsk Qrupu – red.) əlaqə saxlamayacaqlar” demişdi.

Rusiya, Fransa və ABŞ da MQ-dəki həmsədrləri “Qafqaz üzrə nümayəndələr” olaraq təyin ediblər və de-fakto əməkdaşlığı dayandırıblar. Bu nümayəndələr də regiona ayrı-ayrılıqda səfər edirlər.

Xatırladaq ki, Lavrov Bakıya son səfərində (23-24 iyunda) “ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı iştirakçıların təşəbbüsü ilə fəaliyyətini dayandırdığını” açıq şəkildə elan etmişdi.

Tarix
2022.06.27 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla