Yuxarı

“O Aysel Əlizadəni tanıyıram” - Seçki

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“O Aysel Əlizadəni tanıyıram” - Seçki

Məncə, ad-soyad eyniliyi mane olmayacaq. Binəqədi seçiciləri məni kifayət qədər tanıyır.

Bu sözləri Axar.az-a 8 saylı Binəqədi 1-ci Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Aysel Əlizadə deyib.

Hakim partiyanın namizədi "125-lər" Siyasi Blokundan yazar Aysel Əlizadə ilə eyni dairədən namizəd olmasında problem görmür:

"Ümid edirəm ki, seçicilərim mənə etimad göstərəcək. Mən seçkilərdə iştirak edəcək bütün namizədlərə uğurlar arzu edirəm".

A.Əlizadə rəqibini tanıdığını bildirib: "Aysel Əlizadəni tanıyıram. O da bizim mikrorayon sakinidir".

Onun sözlərinə görə, ixtisasca filoloqdur, Binəqədi rayonu 135 saylı tam orta məktəbdə və Uşaq Birliyi Təşkilatının sədri vəzifəsində çalışır.

YAP-çı namizəd hesab edir ki, seçkiyə hazırlıq qanunvericiliyin tələblərinə uyğun olaraq uğurla aparılır:

"Hazırkı mərhələdə YAP namizədlərinin qeydiyyata alınması məqsədilə onların müvafiq sənədləri səlahiyyətli nümayəndələri vasitəsilə aidiyyəti dairə seçki komissiyalarına təqdim olunur.

Namizədliyimiz qeydə alındıqdan sonra da seçkiyə hazırlıq prosesini uğurla davam etdirəcəyik".

Tarix
2015.09.22 / 15:57
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla