Yuxarı

Türkiyə və Ermənistan razılaşdı: sərhədlər açılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə və Ermənistan razılaşdı: sərhədlər açılır

17:46

Avstriyanın paytaxtı Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş çərçivəsində tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib.

Həmçinin nümayəndələr arasında Türkiyə və Ermənistanın havadan yük daşınmalarının mümkün qədər tez başlaması barədə razılıq əldə olunub.

Qeyd edək ki, Vyanada baş tutan dördüncü görüş nəticəsində iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımlar da müzakirə edilib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı konsensus əldə olunub.

Xatırladaq ki, nümayəndələr arasında bundan öncə üç dəfə - yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada görüş olub.

Tarix
2022.07.01 / 19:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla