Yuxarı

Axar.Az Logo carnation

Uşaqlığımı, gəncliyimi Zabuxda qoyub çıxdıq - Sakin

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident, Ali Baş Komandanın Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərini nəzarətə götürməsi xəbərini eşidəndə sevinc göz yaşlarımı saxlaya bilmədim.

Axar.az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində Zabux kənd sakini Rövşən Həsənov söyləyib.

O, 30 illik doğma el-oba həsrətinin sona çatdığını kövrək hisslərlə dilə gətirərək deyib:

“1989-cu ildən könüllü olaraq tabora yollandım. 1992-ci ilədək düşmənlə döyüşlərdə iştirak etdim. Sonda isə dədə-baba torpaqlarımızı tərk etməli olduq. Uşaqlığımı, gəncliyimi Zabuxda qoyub çıxdıq. Bu illər ərzində Azərbaycanın müxtəlif dilbər guşələrində yaşadıq. Ən son olaraq Bakıda məskən saldıq”.

Bugünkü xoş xəbəri eşidən müsahibimiz söyləyir ki, Zabuxu tərk edərkən ailədə 5 nəfər olublar.

“Atam, anam, bacım və qardaşımla birgə didərgin düşdük. Atam torpaq həsrəti ilə bu dünyadan köçdü. Şükürlər olsun, anama 86 yaşında Zabuxun yenidən Azərbaycan torpağı olması xəbərini verə bildik. İndi mənim 8 nəvəm var. Ailəmlə oraya köçəcəyik. Nəvələrimə hər dağı, dağ ətəklərini, çayları - bir sözlə, kəndimizin bütün gözəlliklərini göstərəcəyəm”.

R.Həsənov bu gözəl gün münasibəti laçınlıları, bütün Azərbaycan xalqını təbrik edərək, Qələbəmizin daimi olmasını arzulayıb.

Tarix
2022.08.26 / 20:31
Müəllif
Axar.az
Digər xəbərlər

"Kapital Bank"a kütləvi hücum: 200 minə yaxın əməliyyat...

Yeni “strateji tərəfdaş” İran Rusiyaya ordu göndərəcək?

80 minlik dələduzluğa məruz qalan Hökumənin atası danışdı

Bu, həmin Vardanyandır: Qərb onu ifşa edirdi, indi isə...

Konqresdən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat

Tura Azərbaycandan başladıq - Boçorişvili

Bu, İrəvan üçün ciddi fəsadlar yaradacaq – Vəliyev

Qorbaçova görə Nobel Komitəsinə məktub yazdılar

3 türk ölkəsinin nazirləri Ankarada görüşəcək

Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına şad xəbər

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla