Yuxarı

Məhsa Əmininin olduğu iddia edilən görüntülər - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhsa Əmininin olduğu iddia edilən görüntülər - Video

İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı ölkədə kütləvi etirazlar davam edir.

Axar.az Baku TV-yə istinadən xəbər verir ki, bu məqamda İran polisi Məhsa Əmininin olduğu iddia edilən görüntüləri yayıb.

Məlumata görə, polis qadının döyülməsi ilə bağlı xəbərləri təkzib edib və bildirib ki, məmurlarla Əmini arasında heç bir fiziki təmas olmayıb.

Ölən qadının olduğu iddia edilən sözügedən videoda isə polislə danışan qadının qəfil stula yıxıldığı görünür.

Xatırladaq ki, ailəsi ilə Tehrana qohumlarını ziyarətə gedən 22 yaşlı qız Məhsa Əmini həbs olunub. O, əxlaq polisinə təhvil verildikdən bir neçə saat sonra komaya düşüb və xəstəxanada dünyasını dəyişib. Şahidlər, ailə və xəstəxana hesabatları gənc qadının təbii səbəblərdən ölümünü inkar edirlər.

Tarix
2022.09.21 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla