Yuxarı

Bayramovdan səfirliklərimizə hücumlara sərt reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandakı səfirliklərin yüksək standartlarla mühafizəsinin təşkil edilməsi müəyyən mənada ölkəmizin götürdüyü beynəlxalq öhdəliklərə nə qədər böyük məsuliyyətlə yanaşmasının bariz bir nümunəsidir.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Real TV-yə müsahibəsində deyib.

Nazir xatırladıb ki, BMT-yə üzv olan bütün dövlətlər Vyana Konvensiyasının üzvüdür:

“Konvensiyaya əsasən, beynəlxalq münasibətlərin təməl prinsiplərindən biri hər bir qəbul edən dövlətin diplomatik missiyanın və diplomatların təhlükəsizliyini yüz faiz təmin etməsindən ibarətdir. Bu kimi təxribat xarakterli addımlara, radikal erməni qruplaşmaları tərəfindən bizim diplomatlarımıza, diplomatik missiyalarımıza qarşı hücumlara münasibət bildirərkən, ilk növbədə, onu qeyd etmək istərdim ki, hər bir qəbul edən tərəfin öhdəliyi təhlükəsizliyin təmin olunmasıdır. Burada vəziyyət eyni deyil. Biz bu təxribatları bir çox ölkədə görürük. Elə ölkələr var ki, özləri qabaqlayıcı tədbirlər görür. Bəzi hallar olur ki, biz özümüz onları məlumatlandırırıq və onlar tez, çevik, operativ tədbirlər görürlər və bunun qarşısını alırlar. Amma, əfsuslar olsun ki, bəzi hallarda, yumşaq desək, qəbul edən tərəfin reaksiyası və addımları buna adekvat deyil. Biz belə olan təqdirdə, təbii ki, ciddi şəkildə tələblərimizi qoyuruq, səfirlər dəvət olunur, onlara etiraz notaları verilir ki, bu təmin edilsin”.

C.Bayramov söyləyib ki, eyni zamanda, artıq hansısa vandallıq, terror xarakterli vandallıq hadisələri baş veribsə, onlar mütləq şəkildə araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir:

“Bu mütləq şəkildə həyata keçirilməlidir. Azərbaycan dövləti olaraq israrlı şəkildə bunun üzərində dayanırıq. Hesab edirik ki, bu cəzasızlıq mexanizmi növbəti təxribatlar üçün yol açır və onu stimullaşdırır. Ona görə bu nəzarətimizdə saxlanılacaq”.

Xatırladaq ki, son günlər bir qrup erməni radikalları Azərbaycanın Fransa, Livan və Gürcüstandakı səfirliklərinə basqın ediblər.

Tarix
2022.09.22 / 14:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla