Yuxarı

Ermənistanı cəsarətləndirmək lazımdır - Çavuşoğlu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanı cəsarətləndirmək lazımdır - Çavuşoğlu

Cənubi Qafqazda daimi sülh və sabitlik üçün Azərbaycanın təklif etdiyi əhatəli sülh müqaviləsi ən qısa zamanda bu ölkə ilə Ermənistan arasında imzalanmalıdır. Biz bu prosesi dəstəkləyirik.

Axar.az xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin ABŞ-ın Los Anceles şəhərindəki Baş konsulluğunda türk icması ilə görüşündə deyib.

“Ermənistanın regionda sülhə və bu əməkdaşlığa ehtiyacı var”, - nazir vurğulayıb. Çavuşoğlu qeyd edib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edib. Lakin Ermənistan üzərindəki təzyiqlər səbəbindən hələ də cəsarətli addımlar ata bilməyib.

"Ermənistanı cəsarətləndirmək lazımdır. Bəlkə də sayları azdır, amma təəssüf ki, onlar Amerikada yüksək səsi olan bir qrupdur, erməni qruplaşması Türkiyə ilə münasibətlərin normallaşmasına qarşıdır. Onların Ermənistana heç bir töhfəsi yoxdur, nifrətlə hərəkət edirlər.

Ermənistanın bölgədə barış və iş birliyinə ehtiyacı var. Bu, məlum səbəblərdən indiyədək təcrid olunmuş bir ölkədir. Bu fürsəti yaxşı qiymətləndirmək lazımdır", - Mövlud Çavuoğlu qeyd edib.

Tarix
2022.09.25 / 02:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla