Yuxarı

Bu, Rusiya qazından asılılığı zəiflədəcək - Mitsotakis

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Rusiya qazından asılılığı zəiflədəcək - Mitsotakis

Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) kommersiya istismarına verilməsi təkcə layihədə iştirak edən tərəflər üçün deyil, həm də bütövlükdə Avropa üçün xüsusi hadisədir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində bildirib.

“Çünki o, enerji təhlükəsizliyini və həm Balkan yarımadası, həm də qitənin digər ölkələrinə təbii qaz nəqlinin etibarlılığını əhəmiyyətli dərəcədə artırır”, - baş nazir deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, IGB qaz kəməri Azərbaycandan Bolqarıstana təbii qaz nəqlini həyata keçirəcək və Bolqarıstanın Rusiya qazından asılılığını zəiflədəcək. Bu, regionda həyata keçirilən digər infrastruktur layihələri ilə birlikdə etibarlı qaz təchizatı şəbəkəsi yaratmağa imkan verəcək”, - K.Mitsotakis vurğulayıb.

Yunanıstanın Baş naziri əvvəllər bir çoxlarının IGB layihəsinin həyata keçiriləcəyinə şübhə ilə yanaşdığını diqqətə çatdırıb.

Tarix
2022.10.01 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla