Yuxarı

Mehriban Əliyeva ABŞ səfiri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva ABŞ səfiri ilə görüşdü

Oktyabrın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüb.

Axar.az xəbər verir ki, qonaqları Heydər Əliyev Fondunda salamlayan Mehriban Əliyeva Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrdən danışıb.

Azərbaycanın birinci xanımı ölkəmiz müstəqilliyini bərpa edəndən sonra Amerika Birləşmiş Ştatları ilə bir çox sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrdə neft-qaz sektorundakı əməkdaşlığı xüsusi qeyd edib.

Görüşdə ölkəmizdə regionun ən iri layihələrinin reallaşdırıldığı diqqətə çatdırılıb.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin yeni missiya rəhbəri Mikaela Meredisin də iştirak etdiyi görüşdə bu layihələrin həm region, həm Avropa üçün əhəmiyyəti vurğulanıb.

Tarix
2015.10.15 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla