Yuxarı

İrəvana sülhün “Vaşinqton variantı” lazımdır? – Putin

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvana sülhün “Vaşinqton variantı” lazımdır? – Putin

Nizamlanma ilə bağlı bizim mövqeyimizə gəlincə: əlbəttə, hesab edirik ki, sülh sazişi lazımdır. Biz sülh nizamlanmasını kimi, sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllini də dəstəkləyirik.

Axar.az xəbər verir ki, bu sözləri “Valday” diskussiya klubunda çıxışı zamanı Rusiya lideri Vladimir Putin erməni politoloq Aleksandr İsgəndəryanın sualına cavab olaraq deyib.

“O ki qaldı hansı variantı seçməyə (sülhün “Vaşinqton”, yoxsa “Moskva variantı” – red.) – bu, erməni xalqının və Ermənistan hakimiyyətinin rəyidir. İstənilən halda hansı variant seçilirsə, sülhə gətirib çıxarırsa, hamımız bunun tərəfdarıyıq.

Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana nə isə diktə edə bilmərik və niyyətimiz də yoxdur.

Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, bu sülh sazişinin hansısa konkret variantını seçmək lazımdır... Necə deyirsiniz, “Vaşinqton variantı”, başa düşdüyüm qədərincə, bu, Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. Əgər Ermənistan belə hesab edirsə, buyurun, biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik.

Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür.

Ancaq əlbəttə ki, Azərbaycanla razılaşmaq lazımdır. Bu sazişin Azərbaycan üçün də məqbul olması lazımdır. Bu ağır, çətin məsələdir.

Ermənistan bizim strateji partnyorumuz, müttəfiqimizdir və biz, əlbəttə ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın təklif edəcəyini böyük ölçüdə rəhbər tutacağıq”, - Putin deyib.

Qeyd edək ki, Ermənistanda bəzi siyasi dairələr və politoloqlar sülhün "Vaşinqton" və "Moskva" variantları olduğunu, guya Ermənistan rəhbərinin "Vaşinqton variantı"nı imzalamağa razılaşdığını, "Moskva variantı"nın ermənilərin maraqlarına qəti uyğun olmadığını iddia edirlər.

Erməni politoloqun Vladimir Putinə sualının qoyuluşu da bu variantlarla bağlı və istiqamətləndiricidir.

Tarix
2022.10.27 / 21:26
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla