Yuxarı

Türk polkovnik elan etdi: Gözləyin, görəcəksiniz!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə 19 noyabrdan 20 noyabra keçən gecə “Pəncə-Qılınc” hava hərəkatını gerçəkləşdirdi, terrorçuların doxsana yaxın mövqeyi yerlə bir oldu. Mövqeləri darmadağın olan terrorçular isə indi quduz it kimi ölkəmizə hücum edirlər.

Bu sözləri Axar.az-a PKK terrorçularının Suriyanın şimalından Qaziantep şəhərinin Karkamış rayonuna raket atması haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Başbuğ terrorçulara qarşı “Pəncə-Qılınc” hava hərəkatının arxasınca mütləq şəkildə quru hərəkatının da keçiriləcəyini bildirib:

“Edilən terror hücumlarının əsas məqsədi Türkiyəyə əngəl olmaqdır. “Pəncə-Qılınc” hava hərəkatı qarşıda planlaşdırılan quru hərəkatının önünü açmaq üçün həyata keçirilib. Çünki heç bir hava hərəkatı quru hərəkatı ilə dəstəklənmədən tam uğur qazana bilməz. Quru hərəkatı mütləq olacaq. Əməliyyatın keçirilmə vaxtı və məkanı haqqında dövlət özü qərar verəcək”.

Polkovnik Türkiyənin belə terror hücumları qarşısında heç vaxt diz çökməyəcəyini vurğulayıb:

“Terrorçular üçün qarşısındakının yaşlı, qadın və uşaq olmasının heç bir fərqi yoxdur. Hər kəs bunlar üçün hədəfdir. Çünki heç bir dəyərləri yoxdur. Amma Türkiyə belə hücumlarla diz çökəcək ölkə deyil. Vətəndaşlarımızın axıdılan qanını yerdə qoymayacaq gücə sahib dövlətimiz və hərbi gücümüz var. PKK və onu dəstəkləyənlər bununla heç bir şeyə nail ola bilməz. Kimin niyə etdiyi bəllidir. Bizi gözləsinlər, nə edəcəyimizi yaxında görəcəklər”.

Qeyd edək ki, dünən YPG/PKK terror təşkilatının Türkiyənin Kilis şəhərinin Öncüpınar sərhəd-keçid məntəqəsinə gerçəkləşdirdiyi raket hücumu zamanı səkkiz nəfər təhlükəsizlik əməkdaşı yaralanıb. Bu gün isə YPG/PKK Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 5 raket atıb. Terror aktı zamanı üç nəfər ölüb, on nəfər isə yaralanıb.

Tarix
2022.11.22 / 09:08
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla