Yuxarı

ABŞ-İran münasibətlərində Azərbaycan – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-İran münasibətlərində Azərbaycan – Rəy

"İranda Rusiyanın möhkəmlənməsi və neft qiymətlərinin artması nəticəsində Rusiya Səudiyyə Ərəbistanından sonra dünyada birincidir, bu isə ABŞ-ın maraqlarına cavab vermir".

Bu sözləri "Axar.az"a İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. O bildirib ki, ABŞ İranla dialoqlara hazırdır və İrana qarşı müəyyən məsələlərdə güzəştlər edir. İran da Qərblə danışıqlara hazırdır İranda keçirilən prezident seçkilərindən sonra bu ölkə ilə ABŞ-ın münasibətlərində yumşalma hiss olunur. ABŞ İranda keçirilən seçkilərdən sonra nüvə silahı ilə bağlı danışıqlarda daha çox jest etməyə çalışır. O cümlədən, Birləşmiş Millətlər Təşkilatı da İrana müəyyən məsələlərdə güzəştlər edir və münasibətləri yaxşılaşdırmağa çalışır. Məqsəd budur ki, İranın yeni prezidenti Qərblə dialoqlarda maraqlı olsun. Bütün bunların qarşılığında da İran Qərblə danışıqlara hazırdır. ABŞ-ın da İrana jestinin artacağı gözlənilir. Suriyada baş verən müharibələr dünya neft bazarında neftin qiymətinin qalxmasına səbəb olur. Artıq neçə ildir ki, dünya bazarında neftin qiyməti hər barrel üçün 100 dollardan aşağı düşmür, ABŞ isə neft qiymətlərinin artmasında maraqlı deyil. Belə ki, İranda Rusiyanın möhkəmlənməsi və neft qiymətlərinin artması nəticəsində Rusiya Səudiyyə Ərəbistanından sonra dünyada birincidir, bu isə ABŞ-ın maraqlarına cavab vermir. ABŞ–İran yaxınlaşmasının Azərbaycana təsir imkanları ABŞ və İran münasibətlərinin yaxşılaşması Azərbaycana müsbət mənada yaxşı təsir edə bilər. İranla iqtisadi-mədəni əlaqələrin güclənməsi fonunda cənub qonşusundan milli maraqların təhdidinə yönələn siyasi addımların passiv fazaya keçməsi Azərbaycanın maraqları daxilindədir. Üstəlik, nəzərə alsaq ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın iqtisadi çöküşünün qarşısında ən ciddi sipər İrandır, onda Azərbaycanın maraqları daha üstün mövqeyə keçir.

Tarix
2013.10.27 / 01:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla