Putin "texniki qəza"
məsələsində israr etməklə vətəndaşlarını "İŞİD qisas alır"
iddiasından uzaq tutmağa çalışır.
Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğıu öz
Feysbuk hesabında yazıb. O, Misirin Sinay yarımadasında qəzaya
uğrayan Rusiya təyyarəsi ilə bağlı fikirlərini bölüşüb:
"ABŞ Prezidenti Barak Obama və Böyük Britaniyanın Baş naziri
Devid Kemeron Misir səmasında qəzaya uğrayan Rusiya təyyarəsinə
bomba qoyulduğunu deyirlər. Kreml isə iddia edir ki, bu, texniki
qəzadır. Fikir ayrılığı nədən yaranıb? Məsələ burasındadır ki,
Vaşinqton və London "bomba partladılıb" deməklə Rusiya
ictimaiyyətinə mesaj göndərirlər ki, Putin Əsədi dəstəklədiyinə və
Suriyada terrorçuların ərazisini bombaladığına görə İŞİD ruslardan
qisas alır və bu halda Putin öz vətəndaşlarını qoruya bilməyəcək.
Putin isə "texniki qəza"da israr etməklə vətəndaşlarını "İŞİD qisas
alır" iddiasından uzaq tutmağa çalışır".
Qeyd edək ki, oktyabrın 31-də Rusiya təyyarəsi Misirin Sinay
yarımadasında qəzaya düşüb. Təyyarədə olan 224 sərnişindən hamısı
həlak olub. Ölənlərin 17-si uşaqdır.