Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Energetika
və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi,
general-mayor Akif Çovdarov barəsində həbs qətimkan tədbiri
seçilib.
APA-nın məlumatına görə, A.Çovdarov Cinayət
Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Səbayel rayon
Məhkəməsi tərəfindən 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, çoxsaylı sahibkarların şikayəti ilə yanaşı MTN-nin
Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin
həbs edilmiş sabiq əməkdaşları da A.Çovdarovun əleyhinə ifadə
veriblər.
Xatırladaq ki, bundan əvvəl MTN-in Energetika və Nəqliyyat
Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev,
şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil
Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq
Alıyev və Zaur Məmmədov barəsində də həbs qətimkan tədbiri
seçilib.
Çovdarov da Bakı İstintaq Təcridxanasına aparılıb.
Qeyd edək ki, A. Çovdarovun həbs olunması barədə ilk xəbəri
haqqın.az saytı yayıb.