Yuxarı

Bu, türklərin aktivləşməsini zəruri edir – Kamrani

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, türklərin aktivləşməsini zəruri edir – Kamrani

Hədəfimiz Avropada yaşayan çox sayda azərbaycanlı və digər türk soydaşlarımızla birgə aksiya keçirməkdir. Vətənimiz Azərbaycanın və İrandakı başqa türklərin hüquqlarını qorumaq, eyni zamanda beş aydan artıqdır davam edən etirazlar nəticəsində ortaya çıxmış siyasi durum biz türklərin dayanışma və aktivləşməsini zəruri edib.

Bu sözləri Axar.az-a (Güney) Azərbaycan Mərkəz Partiyasının üzvü Elyar Kamrani deyib.

O, Brüsseldə keçiriləcək aksiyanın planından da danışıb:

“Avropada yaşayan türklər olaraq meydanda olmalı və fəaliyyətimizi koordinasiyalı şəkildə davam etdirməliyik. Bir araya gələrək, bundan sonra aksiyaları düzənlı şəkildə aparmaqla bağlı bəzi təşəbbüsə qərar verdik. Martın 25-də Brüsseldə keçiriləcək aksiyanın təşkili üçün yaradılan qrup üzvləri “Zum konfrans” keçirdi. Konfransda 100-ə yaxın insan iştirak etdi və çox uğurlu keçdi. Gördük ki, maraq böyükdür. 30-a yaxın insan Koordinasiya Mərkəzinə seçildi. Qərara alındı ki, aksiyanın keçiriləcəyi yer ilə bağlı izn alınsın. Yaxın günlərdə kimlər sözçü seçiləcək, aksiya necə təşkil olunacaq - bununla bağlı qərarlar veriləcək. Konfransda azərbaycanlılarla yanaşı, Anadolu türkləri, qaşqaylar da yaxından iştirak edirdi. Bu isə onu göstərir ki, uğurlu bir iş olacaq. Habelə, bütün millətimizin və fəallarımızın dəstəyini gözləyirik”, - o bildirib.

Tarix
2023.02.26 / 08:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla