Yuxarı

“Aztelekom”un baş direktoru da saxlanıldı? - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Aztelekom”un baş direktoru da saxlanıldı? - Yeniləndi

09:45

"Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov saxlanılıb.

Etibarlı mənbələrdən Trend-ə verilən məlumata görə, M.Məmmədov da Milli Təhlükəsizlik Nazirliyi ətrafında aparılan istintaq işi ilə əlaqədar saxlanılıb.

Mənbənin verdiyi məlumata görə, onunla bərabər daha bir neçə vəzifəli şəxs saxlanılıb.

Saxlanılanlar arasında Aztelekom" MMC-nin baş mühasibi Oqtay Rüstəmov da var.

***

"Aztelekom" rəhbəri Məhəmməd Məmmədov saxlanılması ilə bağlı yazılanlara münasibət bildirib. Qurum rəhbəri Baku.vs-ə verdiyi açıqlamasında haqqında yazılanların həqiqətə uyğun olmadığını deyib.

"Mən hazırda iş başındayam. Barəmdə yazılanlar həqiqəti əks etdirmir", - Məhəmməd Məmmədov bildirib.

***

APA-nın əldə etdiyi məlumata görə, M. Məmmədov barəsində dünən axşam saatlarında Səbayel rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Bundan başqa, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami ATS-in rəisi Fətullah Seyidov və ATS-in mühasibi barədə də həbs qətimkan tədbiri seçilib.

Tarix
2015.11.17 / 10:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla