Yuxarı

Ukrayna Rusiya ərazisinə hücum etdi: nə baş verir? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Rusiya ərazisinə hücum etdi: nə baş verir? - Video

08:45

Bryansk vilayətinin mərkəzi olan Bryansk şəhəri Rusiyanın Avropadakı hissəsinin qərbində və Ukraynadan 100 km məsafədə yerləşir, Moskva ilə arasındakı məsafə isə təxminən 380 km-dir. Vilayət həm də Belarus ilə sərhədə yaxındır. Bryansk daha çox maşınqayırma və metal emalı sənayesi, eyni zamanda dəmir yolu xətlərinin və vaqonların istehsalı ilə tanınıb. Ukraynanın Rusiya ordusunun təchizatını zəiflətmək üçün hansısa sənaye obyektini hədəf alması mümkündür. Bryanskla bağlı məlumat Rusiya tərəfindən də təsdiqlənib. Baş verənlər qarşıdakı günlərdə müharibənin daha gərgin fazaya daxil olacağından xəbər verir.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.

Gökçə qarşıdakı günlərdə Ukraynanın işğal edilmiş ərazilərdə, xüsusilə Donbasda hərbi fəaliyyətini artıracağını vurğulayıb:

“Zelenskinin ABŞ-a, Baydenin isə Ukraynaya son səfərləri zamanı Vaşinqtonun Kiyevə silah-sursat, hərbi texnika yardımı paketlərini açıqlaması müharibənin daha da uzanacağını göstərir. Yəni ABŞ müharibənin bitməsini və həmçinin də Ukraynanın qələbə qazanmasını istəmir. Əgər Ukraynanın qalib gəlməyini istəsəydi, daha çox silah və hərbi texnika göndərərdi. Amma məqsəd Rusiyanı zəiflətməkdir, ona görə də sözügedən yardım hissə-hissə göndərilir.

Bryanskla bağlı xəbərlər artıq qurulan planın öz meyvələrini verməyə başladığını göstərir. Biz ötən ilin dekabr ayından etibarən tərəflərin yaz fəslində yeni hücum həmlələrini gözləyirdik. Çünki bunun üçün ciddi hazırlıq görülürdü. Fikrimcə, yaxın zamanda biz ağır döyüşlərin şahidi olacağıq. Toqquşmaların Rusiya ərazisinə keçəcəyini və genişmiqyaslı şəkildə yayılacağını düşünmürəm. Çünki Ukraynanın Rusiya torpaqlarında müharibə aparmaq üçün kifayət qədər gücü yoxdur. Ancaq Ukraynanın işğal altındakı ərazilərində, xüsusilə Donbasda hərbi fəaliyyətinin artacağını gözləmək mümkündür. Çünki Ukraynanın məqsədi işğal altındakı torpaqlarını azad etməkdir. Lakin əgər Belarusdan Ukraynaya hücum olsa, ölkə tərəflər arasında döyüş meydanına çevriləcək”.

Qeyd edək ki, ötən gün ukraynalı diversantlar Bryansk ərazisinə hücum etmişdi.

Tarix
2023.03.03 / 10:31
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla