Yuxarı

Bundan sonra da Türkiyənin yanındayıq - Bayramov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:13

Martın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının Brüssel şəhərində keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında iştirak edib.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Avropa İttifaqı (Aİ) üzvləri, qonşu və tərəfdaş ölkələr, “Böyük İyirmilik” (G20), Körfəz Əməkdaşlığı Şurası ölkələri, Birləşmiş Millətlər Təşkilatı (BMT), digər beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq, habelə Avropa maliyyə institutlarının iştirakı ilə keçirilmiş konfrans Türkiyə və Suriyada baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılmasına dəstək göstərilməsi məqsədilə təşkil olunub.

Konfrans çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersonun, və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanınilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımların göndərildiyi diqqətə çatdırılıb.

Azərbaycanın bölgəyə 940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri göndərdiyi, bölgəyə 5300 tondan artıq humanitar yük göndərildiyi, indiyə qədər Türkiyənin zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərildiyi vurğulanıb.

Azərbaycanın bundan sonra da hər zaman olduğu kimi qardaş Türkiyənin yanında olacağı, bu xüsusda ölkəmizin zəlzələdən sonrakı bərpa və quruculuq işlərində nəticə yönümlü maddi və texniki dəstəyin göstərilməsini davam etdirəcəyi diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində, 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub.

Konfransın sonunda tədbirə ev sahibliyi edən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ Şurasına sədrlik edən ölkə qismində İsveçin Baş naziri Ulf Kristersson yekun bəyanatla çıxış ediblər.video formatda çıxışlarından sonra Türkiyə hökuməti, BMT-nin İnkişaf Proqramı, Dünya Bankı və Aİ tərəfindən hazırlanmış Türkiyədə fəlakət sonrası ehtiyacların ilkin qiymətləndirilməsi təqdim edilib. Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun nitqindən sonra isə yardım vədləri sessiyası çərçivəsində Konfrans iştirakçılarının çıxışları dinlənilib.

Konfransda çıxış edən nazir Ceyhun Bayramov, baş vermiş dəhşətli fəlakətin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin səylərinin səfərbər edilməsinə istiqamətlənən konfransın təşkilinin təqdirəlayiq olduğunu bildirib. Bu xüsusda, Azərbaycanın baş vermiş dağıdıcı zəlzələlər nəticəsində böyük insan tələfatı, o cümlədən dağıntılar ilə üzləşən qardaş Türkiyə, habelə Suriya ilə həmrəylik ifadə olunub.

Tarix
2023.03.20 / 21:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla