Yuxarı

Azərbaycandan fil qalıqları oğurlanıb daşınır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marağa fosil sahəsində ümumilikdə 1500 kvadratmetr qazıntı işləri aparılıb, ərazidəki beş fosil sahəsindən 1330 fosil parçası aşkar edilərək müəyyənləşdirilib və 370 detal arxivə göndərilib.

Axar.az xəbər verir ki, Şərqi Azərbaycan əyalətində yerləşən Marağa fosil sahəsi 40 min hektardan çox ərazini əhatə etsə də, yalnız 1026 hektarı Marağanın milli və təbii fosil abidəsi kimi sənədləşdirilib.

İran və Orta Şərqin “fosil cənnəti” kimi tanınan Marağa fosil bölgəsi Vərzigan, Şəbistər, Sərəskənd (Həştrud) və Culfa fosil bölgələri ilə birlikdə paleontologiyanın ən vacib mərkəzlərindən və mənbələrindən biri hesab olunur.
Yerli və xarici tədqiqatçılar tərəfindən fosil sahəsində araşdırmalar üçün ən əlverişli və əhəmiyyətli yerlərdən biri sayılan bölgənin 7-12 milyon il arası tarixi olduğu təxmin edilir.

Mütəxəssislərin bildirdiyinə görə, Marağa fosil bölgəsində qılınc dişli qaplanlar, qurdlar, ayılar, həmçinin, maral və zürafələr, fillər, antiloplar da daxil olmaqla, müxtəlif növ ətyeyənlər və pişiklər aşkar edilib.

Marağa fosil sahəsi 2004-cü ildə Səhənd dağı bölgəsinin tərkib hissəsi olaraq təbii və milli sərvətlər siyahısına salınıb. Ancaq elmi və tarixi əhəmiyyətli bölgənin saxlanılması və tədqiqi üçün gərəkli vəsait ayrılmayıb.

Bölgənin milli və təbii sərvətlər siyahısına salındığı vaxtlar Marağa “Fosil cənnəti”ndə fosillərin qorunması və araşdırılması üçün Səhra Muzeyi və İran Fosil Tədqiqatları Binasının yaradılmasına söz verilsə də, bu günə kimi bu layihənin reallaşması istiqamətində heç bir addım atılmayıb.

Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin rəsmilərinin dediyinə görə, bu bölgədəki elmi tədqiqatlar və qazıntılar 200 illik bir tarixə malikdir.

1840-cı ildə rus tədqiqatçısı tərəfindən aşkar edilən Marağa fosil bölgəsində səhra muzeyinin və tədqiqatlar binasının yaradılması, fosillərin qorunub saxlanılması üçün ümumilikdə 7 milyard tümən vəsaitə ehtiyac var.
Ancaq on illərdir bu vəsait ayrılmadığı üçün bir sıra nadir fosillər tədqiq olunmaq və saxlanılmaq üçün başqa əyalətlərə, o cümlədən Tehran, Şiraz və İsfahan şəhərlərinə daşınır.

Bir neçə il öncə bölgədən çıxarılan və yaşı 7-8 milyon il arasında təxmin edilən fil qalıqlarının Marağa Ətraf Mühitin Mühafizəsi İdarəsinin binasının həyətindən yoxa çıxması barədə Marağanın icra hakimi Bəhlul Neməti məlumat yaymışdı.

O, bu qalıqların hər birinin çəkisinin 1.5 ton olduğunu bildirmiş, bunun yalnız qaldırıcı kranlarla daşına biləcəyini, adi oğurluq halı olmadığını demişdi.

Sonradan həmin qalıqların dövlət qurumlarının vasitəsilə başqa farsdilli bölgələrə daşınması ilə bağlı faktlar təsdiqləndi.

Tarix
2023.03.30 / 01:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla