14:17
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında
sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən 2015-ci il 30 dekabr
tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları
münasibətilə 50 (əlli) manat məbləğində birdəfəlik yardım
ödənilməsi nəzərdə tutulub.
Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan
Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,3
milyon (beş milyon üç yüz min) manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın
2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş
qaydada təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan
ailələrin hesablarına köçürülməsini təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan
irəli gələn məsələləri həll etmək tapşırılıb.
18:24
İlham Əliyev T.Ş.Mahmudovun Gəncə Apellyasiya
Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
Tapdıq Şükür oğlu Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri
təyin edilsin".
***
İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin
kollegiya sədrlərinin təyin edilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağıdakı hakimləri
həmin məhkəmənin kollegiya sədrləri təyin edilsinlər:
Şəlalə Ağakərim qızı Məmmədova - Mülki Kollegiyanın sədri
Hikmət Abbas oğlu Mirzəyev - İnzibati-İqtisadi Kollegiyanın
sədri
Şahin Yaşar oğlu Yusifov - Cinayət Kollegiyasının sədri
***
İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri
sədrlərinin təyin edilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin sədrləri
təyin edilsinlər:
Nəbiyev Mahmud Yusif oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin
sədri
Əliyev Natiq Mürsəl oğlu - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin
sədri
Süleymanov Əli Ziya oğlu - Cəlilabad Hərbi Məhkəməsinin
sədri
Kazımov Elçin Məmməd oğlu - Lənkəran Rayon Məhkəməsinin
sədri
2. Bu Sərəncam 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.
***
İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun
tarixli 518 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman
imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli
518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, № 6, maddə 416; 2004, № 6, maddə 440, № 9, maddə
674; 2005, № 6, maddə 491, № 12, maddə 1102; 2006, № 7, maddə 592,
№ 8, maddə 659; 2007, № 6, maddə 615, № 9, maddə 869, № 10, maddə
947, № 11, maddə 1106; 2008, № 3, maddə 168, № 8, maddə 719; 2009,
№ 5, maddə 322, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə
185; 2011, № 2, maddə 85, № 6, maddə 508, № 9, maddə 791; 2012, №
9, maddə 852; 2013, № 5, maddə 511, № 11, maddə 1320; 2014, № 12,
maddə 1573; 2015, № 2, maddə 127, № 6, maddə 697) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
strukturu"nun 3-cü hissəsinin yeddinci abzası aşağıdakı redaksiyada
verilsin:
"Əlahiddə Çevik Polis Alayı və digər nizami polis
hissələri".
18:36
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 5 avqust tarixli 2965 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına
saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların
hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə
götürülən mülki işçilərin ştat sayı həddi"ndə dəyişikliklər
edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust
tarixli 2965 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, №10, maddə 882; 2011, №2, maddə 143,
№6, maddə 534, №9, maddə 810; 2012, №1, maddə 18, №3, maddə 248;
2013, №11, maddə 1345; 2014, №1, maddə 28, №2, maddə 174, №9,
maddələr 1080, 1108) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər
orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının
və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki
işçilərin ştat sayı həddi"ndə dəyişikliklər təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın
ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
19:20
İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri
hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri
hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamda deyilir: "Məhkəmə-Hüquq Şurasının bir sıra hakimlərin
səlahiyyətlərinin uzadılmasına və bəzi hakimlərin vəzifələrinin
dəyişdirilməsinə dair təkliflərini nəzərə alaraq, Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci
bəndlərini rəhbər tutaraq qərara alıram:
1. Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin hakimləri
təyin edilsinlər:
Bakı Ağır Cinayətlər Məhkəməsi
Nəbiyev Mahmud Yusif oğlu
Məcidov Azad Əli Ağa oğlu
İsmayılov Eldar Herov oğlu
Gəncə Ağır Cinayətlər Məhkəməsi
Mahmudov Faiq Nüsrət oğlu
Lənkəran Ağır Cinayətlər Məhkəməsi
Cəlilov Oruc Yusif oğlu
Əliyev Elşad İbiş oğlu
Nəbiyev Cəlil Cabbar oğlu
Nuriyev Xamməd Abış oğlu
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
Baxışova Vüsalə Ələkbər qızı
Məmmədov Elçin Qüdrət oğlu
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
Kərimli Rüstəm Lətif oğlu
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi
Quliyev İsmayıl Rza oğlu
Pirverdiyev Zaur Rafiq oğlu
Şirvan İnzibati-İqtisadi Məhkəməsi
Abuşov İxtiyar Əliyar oğlu
Cəlilabad Hərbi Məhkəməsi
Süleymanov Əli Ziya oğlu
Tərtər Hərbi Məhkəməsi
Allahverdiyev Elbəy Hidayət oğlu
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi
Əhmədov Fəqan Rövşən oğlu
Ağstafa Rayon Məhkəməsi
Hüseynov Mübariz Rahil oğlu
Göygöl Rayon Məhkəməsi
Məmmədov Rafiq Rəşid oğlu
Kəlbəcər Rayon Məhkəməsi
Qəniyev Həsən Salman oğlu
Laçın Rayon Məhkəməsi
İbrahimov Cavad Cavanşir oğlu
Samux Rayon Məhkəməsi
Zeynalova Səadət Nazim qızı
Tərtər Rayon Məhkəməsi
Məmmədov Mübariz Sərxoş oğlu
2. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası
Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə
uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:
Samir İmamverdi oğlu Əliyev Bakı şəhəri Sabunçu Rayon
Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər
Məhkəməsinin hakimi təyin edilsin;
Dadaş Hüseyn oğlu İmanov Tərtər Hərbi Məhkəməsinin hakimi
vəzifəsindən azad edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin
hakimi təyin edilsin;
Şirvan İbrahim oğlu Məmmədov Cəlilabad Hərbi Məhkəməsinin hakimi
və sədri vəzifəsindən azad edilərək Şəki Ağır Cinayətlər
Məhkəməsinin hakimi təyin edilsin;
Fuad Akif oğlu Mirabov Kəlbəcər Rayon Məhkəməsinin hakimi
vəzifəsindən azad edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin
hakimi təyin edilsin.
3. Bu Sərəncam 2016-cı il yanvarın 1-dən qüvvəyə minir".